• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakcell”in “İmzalı zəng” xidməti ilə özünü təqdim et!

“Bakcell”in “İmzalı zəng” xidməti ilə özünü təqdim et!
27.04.2018 12:32
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi "Bakcell” şirkəti ölkənin mobil rabitə xidmətləri istifadəçilərinə innovativ xidmətlər təqdim edir.

Yeni istifadəyə verilən "İmzalı zəng” xidməti vasitəsilə siz özünüzü zəng etdiyiniz şəxslərə nömrəniz onların ünvan kitabçasında olmasa belə tanıda biləcəksiniz. Belə ki, zəng etdiyiniz şəxs təkcə nömrənizi yox, sizin imzanızı da görəcək.

Bu xidmətdən həm fərdi həm də korporativ abunəçilər yararlana bilər. Korporativ abunəçilər imza xidmətindən özünü ilk zəngdən potensial müştərilərə tanıtmaq üçün, fərdi abunəçilər isə zəngi qəbul edən şəxsə öz əhvalını ifadə edə və yaxud maraqlı bir ismarış göndərmək üçün istifadə edə bilərlər. Beləliklə, yeni xidmət sayəsində zənglər daha əyləncəli və maraqlı olacaq.

Xidməti aktivləşdirmək üçün seçdiyiniz imza mətnini yazıb SMS vasitəsilə 5111 qısa nömrəsinə göndərmək kifayətdir (fərdi abunəçilər üçün 1 SMS-in qiyməti 10 qəpik, korporativ abunəçilər üçün SMS pulsuzdur). Təsdiq mesajı aldıqdan sonra xidmətdən rahat şəkildə istifadə edə bilərsiniz. Öz imzanızı zəng etdiyiniz şəxsə göstərmək üçün yığdığınız nömrənin əvvəlində *5* yığın. "İmzalı zəng” xidmətinin istifadə haqqı CİN və Klass abunəçiləri üçün hər zəngə görə 0.10 AZN (ƏDV daxil), korporativ abunəçilər üçün isə ayda 1.99 AZN (ƏDV daxil) təşkil edir. "İmzalı zəng" zamanı bütün danışıqlar abunəçinin cari tarifinə uyğun hesablanır.

Qeyd edək ki bu xidmət ölkə daxilində və yalnız Bakcell nömrələrinə zəng üçün istifadə edilə bilər. İmzada qeyd edilən mətnə görə (yəni öz adını necə qeyd etməsi) üçün məsuliyyəti tam olaraq abunəçi özü daşıyır. Xidmət barədə daha ətraflı məlumat www.bakcell.com/az/call_signature səhifəsindən əldə oluna bilər.

İnnovasiya sahəsində özünü doğrultmuş lider olan Bakcell şirkəti müasir mobil rabitə xidmətlərinin istifadəçiləri üçün yeni və maraqlı xidmətlər göstərməyə davam edəcək.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol