Bakıda Formula 2 pilotlarının təsnifat sessiyası başlayıb

Bakıda FIA Formula 2 sinfində avtoyürüşün təsnifat sessiyası başlayıb.
Trend-in məlumatına görə, yürüşdə 10 komandadan 20 pilot iştirak edir.
Formula bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə, bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.
Qeyd edək ki, Bakıda 2018 Formula 1 dünya çempionatının 4-cü mərhələsi - Azərbaycan Qran Prisi başlayıb.
Aprelin 28-də Formula 1 sinfində üçüncü sərbəst yürüş və təsnifat mərhələsi, Formula 2-də isə birinci yarış keçiriləcək.
Üçüncü gün, aprelin 29-u Azərbaycan Qran Prisinin qalibi müəyyənləşəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























