• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir müavini iş adamlarına səsləndi

Nazir müavini iş adamlarına səsləndi
27.04.2018 16:22
Bosniya və Herseqovinanın Sarayevo şəhərində müxtəlif ölkələrdən olan 1800 nümayəndənin iştirakı ilə "9-cu Beynəlxalq İnvestisiya Konfransı-Sarayevo Biznes Forumu” işinə başlayıb.

Azərbaycan İqtisadiyyat Nazirliyindən Axar.az-a verilən məlumata görə, konfransda Azərbaycanı nazir müavini Sahib Məmmədov təmsil edir.

Qeyd edək ki, Bosniya Beynəlxalq Bankı və İslam İnkişaf Bankının təşkilatçılığı ilə keçirilən konfrans Cənub-Şərqi Avropada mühüm investisiya və biznes tədbirlərindən biri olmaqla, biznes əlaqələrinin qurulması və investisiya imkanlarının araşdırılması üçün əlverişli platforma rolunu oynayır. Konfrans 2010-cu ildən başlayaraq hər il bir çox ölkədən rəsmilərin, sahibkarların, investorların və tədqiqatçıların iştirakı ilə təşkil edilir, yeni ideyaların və təşəbbüslərin formalaşması və sahibkarlıq ekosisteminin inkişaf etdirilməsi üçün uğurlu mexanizm qismində çıxış edir.

Bu il keçirilən tədbirdə biznesin inkişafında informasiya texnologiyalarından effektiv istifadə, rəqəmsal iqtisadiyyat və biznesin rəqəmsal transformasiyası, innovasiyaların iqtisadiyyata tətbiqi üçün əlverişli şəraitin yaradılması, dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi, qadınların biznes fəaliyyətində rolunun dəstəklənməsi, yeni iş yerlərinin yaradılmasında startapçıların rolu, kiçik və orta sahibkarlığın iqtisadiyyatdakı əhəmiyyəti kimi mövzular müzakirə edilir.

Konfrans çərçivəsində təşkil olunan panel iclasda çıxış edən nazir müavini S. Məmmədov Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkə iqtisadiyyatının, o cümlədən sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlər, həyata keçirilən islahatlar barədə məlumat verib, ölkədə startapçıların dəstəklənməsi, kiçik və orta sahibkarlığın inkişafı sahəsində dövlət dəstəyi tədbirlərini vurğulayıb, qazanılan uğurların Dünya Bankının, Dünya İqtisadi Forumunun və s. hesabatlarında əks olunduğunu diqqətə çatdırıb.

Nazir müavini Azərbaycanın Avropanın enerji təhlükəsizliyində vacib rol oynayan ölkələrdən biri olduğunu diqqətə çatdırıb, bu sahədə icra olunan enerji layihələrinin, o cümlədən Cənub Qaz Dəhlizinin önəmi haqqında danışıb, ötən ilin oktyabr ayında istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolunun ticarət-iqtisadi və nəqliyyat-tranzit əməkdaşlığının genişlənməsində rolunu qeyd edib. S. Məmmədov Azərbaycanda yaradılmış əlverişli biznes mühiti, investorlar üçün geniş imkanlar, o cümlədən sənaye parkları və məhəllələri, aqroparklar barədə məlumat verərək iş adamlarını ölkəmizə investisiya yatırmağa dəvət edib.

Konfrans işini bu gün də davam etdirəcək.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol