• $
  • €
  • ₽
  • ₺
  • £

75 dövlət əmlakı özəlləşdirilir - Vaxt açıqlandı

75 dövlət əmlakı özəlləşdirilir - Vaxt açıqlandı
30.04.2018 19:49
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 29 may tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.

Komitədən Trend-ə verilən məlumata görə, vətəndaşların və potensial investorların bu hərracda özəlləşməyə çıxarılan 75 dövlət əmlakına sahib olmaq imkanı var. Bunlardan 24-ü səhmdar cəmiyyətləri, 3-ü kiçik dövlət müəssisə və obyekti, 13-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 35-i isə nəqliyyat vasitələridir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var. Belə səhmdar cəmiyyətlərinə "Salyan broyler”, "Qax Taxıl”, "Ağdaş Quşçuluq", "Salyan Aqrotexservis”, "Yevlax Kəndnəqliyyat" və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.

Hərraca çıxarılan səhmdar cəmiyyətlərinin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir. Bu kateqoriyaya aid edilənlər arasında səhmləri özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak "Salyan broyler” Açıq Səhmdar Cəmiyyətidir.

Budəfəki hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında 60 saylı mağazanı nümunə kimi göstərmək olar. Bakının Qaradağ rayonunda yerləşən həmin obyekt investorlar üçün xidmət sahəsində yaxşı qazanc deməkdir. Əmlakın ümumi faydalı sahəsi 500 kv.m-dən çoxdur.

Bundan başqa, Mingəçevirdə yerləşən qeyri-yaşayış binası da sahibi üçün xidmət sahəsində gəlirli hesab olunur.

Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən isə 12-si paytaxtda, 1-i isə Mingəçevir şəhərində yerləşir. Özəlləşdirilməyə açıq elan edilən belə əmlakların sahəsi 14 kv.m ilə 446 kv.m arasında dəyişir.

Daha az investisiya tələb edən əmlaklar da hərraca çıxarılıb. Bunlardan Bakının Yasamal rayonunda yerləşən, 30 kv.m-ə yaxın olan qeyri-yaşayış sahəsini nümunə kimi göstərmək mümkündür. Həmin əmlaka sahib olmaq üçün 600 manat beh ödənilməlidir. Həmçinin paytaxtın Nizami rayonunda yerləşən, sahəsi 26 kv.m olan əmlakın ilkin start qiyməti 5 min 200 manat təşkil edir.

Müxtəlif növ nəqliyyat vasitələri də özəlləşdirilməyə çıxarılıb. Almaniya və Koreya istehsalı olan maşınlar üstünlük təşkil edir. Nəqliyyat vasitələrinin ilkin start qiyməti 10 min 286 manatla 19 min 460 manat arasında dəyişir. Buraxılış tarixləri isə 2008-2009-cu illəri əhatə edir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol