“SDL Nobel” və BP müqavilə imzaladı

"SDL Nobel” BP şirkəti ilə yeni - üç illik müqavilə imzalayıb.
Anews.az xəbər verir ki, bu müqavilə çərçivəsində "SDL Nobel” BP şirkətinin Azərbaycanda quruda və dənizdə yerləşən qurğuları üçün metal konstruksiyaların istehsalı və quraşdırma xidmətlərini göstərəcək.
Yerli şirkət olaraq "SDL Nobel” öz sahəsində ən yüksək xidmətləri göstərmək və regionda iri beynəlxalq və yerli müştərilərin tələblərinə cavab vermək məqsədilə 2016-cı ildə yaradılıb.
"SDL Nobel” özünün birgə sahibləri olan "Nobel Oil Services (UK) Limited” və "SDL Denholm Limited” şirkətlərinin qabaqcıl yerli və beynəlxalq təcrübəsindən yararlanır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























