“WhatsApp”ın qurucusu istefa verdi

"WhatsApp”ın qurucusu və şirkətin CEO-su Jan Koum vəzifəsindən istefa verib.
"Qafqazinfo”nun xarici KİV-ə istinadən məlumatına görə, Koum bu barədə "Facebook” səhifəsində elan edib:
"Texnologiyadan kənar mənə zövq verən işlərə vaxt ayıra bilmək üçün bir müddət çalışmağa fasilə verəcəyəm”.
Jan Koumun sözlərinin əksinə olaraq, "Washington Post” qəzeti onunla, "WhatsApp”ı 2014-cü ildə 19 milyard dollara satın alan "Facebook” rəhbərliyi arasında anlaşılmazlıq olduğunu və bu səbəbdən Koumun istefa etdiyini yazıb. İddialara görə, Koum "Facebook”un kriptoqrafik kriteriyalarının zəiflədilməsi, "Facebook”- "WhatsApp” arasındakı şəxsi məlumat ötürmələrinin gücləndirilməsi tələblərinə qarşı çıxırdı.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























