Gömrük büdcəyə 270 milyon əlavə pul keçirdi

Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 270 milyon manat əlavə vəsait ödənilib.
Axar.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Dövlət Gömrük Komitəsi tərəfindən bu ilin 4 ayında nəzərdə tutulmuş proqnoz tapşırığı 36 faiz artıb:
"İlkin məlumata görə, Dövlət Gömrük Komitəsi tərəfindən bu ilin 4 ayında nəzərdə tutulmuş proqnoz tapşırığı 136% icra olunub. Bu müddət ərzində nəzərdə tutulan 750 milyon manat proqnoza qarşı 1 milyard 21 mln. manat vəsaitin köçürülməsi təmin edilib”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























