• $
  • €
  • ₽
  • ₺
  • £

Sosial yardımla bağlı VACİB AÇIQLAMA

Sosial yardımla bağlı VACİB AÇIQLAMA
03.05.2018 15:54
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəhbərliyi ölkəmizdə fəaliyyət göstərən beynəlxalq  təşkilatların nümayəndələri ilə görüş keçirib.

Nazirlikdən GoldNews.Az-a verilən məlumata görə, ƏƏSMN və BMT İnkişaf Proqramının birgə təşkil etdiyi görüşdə  ümumilikdə 30-a yaxın beynəlxalq təşkilatın nümayəndələri iştirak edib.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin islahatlar proqramının əsas hədəflərindən biri də sosial-iqtisadi idarəetmə və əhaliyə xidmət sistemlərində mütərəqqi beynəlxalq yanaşma və təşəbbüslərin, qabaqcıl dünya təcrübəsindən irəli gələn ən müasir texnologiyaların, innovativ və effektiv iş mexanizmlərinin geniş tətbiqinin təmin edilməsidir: "Əmək, məşğulluq, əmək bazarının tənzimlənməsi, əhali sakinliyi və demoqrafiya, sosial müdafiə və digər aidiyyəti sahələr üzrə mötəbər beynəlxalq təşkilatlarla əməkdaşlıq daim diqqətdə saxlanmalıdır. Bu əməkdaşlığa strateji planlaşdırma yanaşması tətbiq olunmalı və uzunmüddətli prioritetlər müəyyən edilməlidir. Bu prioritetlər əsasında icra olunan layihələr, əmək və sosial müdafiə sahələrində aparılan islahatlar prosesinə fəal dəstək rolunu oynamalı, aktual iş sektorlarında konkret səmərəli nəticələrə nail olunmasına öz töhfələrini verməlidir".

Nazir bildirib ki, bu gün gənclərin, fiziki imkanları məhdud şəxslərin əmək bazarına inteqrasiyasının dəstəklənməsi və inklüziv əmək bazarının inkişafı, məşğulluq xidmətlərinin, habelə vakansiyalar bazasının elektron texnologiyalar üzərində qurulması, qeyri-rəsmi məşğulluqla mübarizənin effektli təşkili, əmək müfəttişliyinin potensialının və fəaliyyətində səmərəliliyin artırılması aktual məsələlərdəndir: "Həmçinin qarşıda sosial yardım və özünüməşğulluq proqramının icra mexanizminin təkmilləşdirilməsi, sosial xidmətlər sisteminin müasir dünya təcrübəsindəki sosial reabilitasiya metodları əsasında qurulması, "sosial iş” modelinin, müvafiq sahələrdə strateji araşdırmaların aparılmasında beynəlxalq təcrübədə tətbiq olunan modellərin tətbiqi  və s. kimi məsələlər dayanır".

S.Babayev beynəlxalq təşkilatlarla əməkdaşlığın gələcək istiqamətləri  müəyyən olunarkən və birgə fəaliyyət üçün layihələr hazırlanarkən qeyd olunan məsələlərə xüsusi önəm verilməsinin vacib olduğunu vurğulayıb. Nazir bu sahələrdə aparılacaq əməkdaşlığın öz faydasını verəcəyinə əminliyini ifadə edib.

Ayrı-ayrı beynəlxalq təşkilatların nümayəndələri Azərbaycanda əmək, məşğulluq, sosial müdafiə sahələrində qabaqcıl dünya təcrübəsinə uyğun şəkildə aparılan islahatlara, əhali sakinliyi və demoqrafiya siyasətinin təkmilləşdirilməsi istiqamətində görülən işlərə dəstək vermək əzmində olduqlarını vurğulayıblar.

Müzakirə şəraitində davam edən görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrində aparılan islahatlar, bu sahələrdə mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi ilə bağlı beynəlxalq qurumlarla gələcək əməkdaşlıq istiqamətləri müəyyən olunub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol