• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-in dəstəyilə III Buktreyler Festivalının qalibləri müəyyən olub

Azercell-in dəstəyilə III Buktreyler Festivalının qalibləri müəyyən olub
03.05.2018 16:52
2 may 2018 ci il tarixində Azercell Telekom MMC-nin tərəfdaş qismində iştirak etdiyi III Buktreyler Festivalının Qala gecəsi baş tutub. Gecədə festivalın qaliblləri elan olunub və mükafatlandırma mərasimi keçirilib. Beləliklə, birinci yerə xalq yazıçısı Anarın seçilmiş əsərlərinə çəkdiyi treylerə görə Tural Kərimov adlı müəllif layiq görülüb. İkinci yeri Firdovsi Nəbiyev "Şahid” buktreyleri və Cavid Nuriyev "İkimizin hekayəsi” işi ilə paylaşıblar. Üçüncü yerə isə Sərdar Tağıyev "Almafobiya”, Binyamin Sailov "Can nənə, bir nağıl de” və Eybulla Ağadadaşov "Bulud bağçaları” treylerləri ilə layiq görülüblər.

1-ci, 2-ci (2 nəfər) və 3-cü (3 nəfər) yer qalibləri uyğun olaraq 1000, 800 (hər biri) və 500 (hər biri) AZN olmaqla pul mükafatı qazanıblar. Müsabiqəyə təqdim olunmuş buktreylerlərə ölkəmizin tanınmış yazıçıları, kinoşünasları və ictimai xadimlərinin daxil olduğu münsiflər heyəti qiymət verib. Qeyd edək ki, mütaliənin və maariflənmənin cəmiyyətimizdə təbliği, kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması məqsədi daşıyan festivalda çap şəklində nəşrdən çıxmış (nəşr ilindən asılı olmayaraq) azərbaycanlı müəllifin kitabından və ya kitab seriyasından bəhs edən Buktreylerlər iştirak ediblər.

Tədbirdə Azercell-in nümayəndəsi hələ 2015-ci ildə şirkət tərəfindən təqdim olunan Bookmate kitabxanasının texniki göstəricilərindən bəhs edib, bütün iştirakçılara mobil əlavədən 1 aylıq, qaliblərə isə 1 illik istifadə kodları hədiyyə edilib.

Mütaliə mədəniyyətinin inkişafı, kitaba marağın artırılması üçün indiyə qədər bir sıra uğurlu layihələrə imza Azercell Telekom bundan sonra da gənclər arasında bu istiqamətdə sosial layihələrin həyata keçirilməsinə dəstək olacaq.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol