• $
  • €
  • ₽
  • ₺
  • £

26 minə yaxın küçə və prospektə ad verilib

26 minə yaxın küçə və prospektə ad verilib
07.05.2018 13:43
"2018-ci ilin yanvar-mart ayları ərzində Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ümumilikdə 16 rayonda torpaqların kadastr uçotuna alınması işləri yekunlaşıb”.
 
AzVision.az xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2018-ci ilin yanvar-mart ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirədə çıxış edən Komitə sədri Kərəm Həsənov deyib. Onun sözlərinə görə, artıq kadastr uçot işləri yekunlaşmış rayonlarda görülən işlərin nəticələri ilə bağlı təqdimatların keçirilməsinə başlanılıb və bu məlumatların elektron şəkildə yerli icra hakimiyyətlərinə və aidiyyəti qurumlara xidməti istifadə üçün təqdim edilir: 

"Bu məqsədlə Salyan və Beyləqan rayonlarında İctimai təqdimat keçirilib. 53 rayon mərkəzi və ona bitişik yaşayış məntəqələrində elektron kadastr uçotu üzrə çöl-ölçmə işləri tam olaraq bitmiş, kameral işləri yekunlaşıb. 2018-ci ilin birinci rübü ərzində Göygöl rayonu üzrə 23, Beyləqan rayonu üzrə 34, Oğuz rayonu üzrə 14 və Samux rayonu üzrə 19 bələdiyyə xəritələri hazırlanıb”.

Komitə sədri bildirib ki, respublikanın rayon və şəhərləri, o cümlədən qəsəbə və kənd yaşayış məntəqələri üzrə ümumilikdə 26 minə yaxın adsız küçə və prospekt Komitənin təşəbbüsü ilə müvafiq rayon (şəhər) icra hakimiyyətləri tərəfindən adlandırılıb: "Ümumilikdə, respublikanın 57 şəhər və rayonu, o cümlədən, 74 qəsəbə və 1700-ə yaxın kənd yaşayış məntəqəsi üzrə 30 mindən artıq küçə və prospekt, 640 mindən artıq giriş ünvan nömrələri Ünvan Reyestri İnformasiya Sisteminə daxil edilib”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol