• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank "Mobil elektron imza" layihəsini təqdim edib

Kapital Bank "Mobil elektron imza" layihəsini təqdim edib
08.05.2018 09:59
Kapital Bank Azərbaycanda ilk dəfə "Mobil elektron imza" layihəsi təqdim edib. 7 may 2018-ci il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzi ilə Kapital Bank arasında reallaşan "Mobil elektron imza" layihəsinin təqdimatı keçirilib. Bu layihə bank əməliyyatlarının rahat şəkildə aparılması ilə yanaşı, sənədlərin imzalama prosesinin sürətli, təhlükəsiz və elektron şəkildə həyata keçirilməsinə imkan yaradacaq.

Təqdimat mərasimində Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya inzibatçısı Nahid Zeynalov və Bank Məhsulları departamentinin direktoru İqbal Rüstəmov, həmçinin Məlumat Hesablama Mərkəzinin Marketinq şöbəsinin müdiri Ceyhun Məmmədov, Milli Sertifikat Xidmətləri Mərkəzinin müdir müavini Həbib Abbasov və digər qonaqlar iştirak edirdi.

"Ötən ilin sonunda Kapital Bank-ın Müşahidə Şurası tərəfindən bankın 2018-2020-ci illər ərzində həyata keçəcək strateji planı təsdiqləndi. Strateji hədəflərdən ən mühümü rəqəmsal bankçılığa keçid ilə bağlı idi. İlin əvvəlində yeni BirBank tətbiqini müştərilərin ixtiyarı verdik. İlin sonunadək isə rəqəmsal filialımızın açılışını etməyi planlaşdırırıq. Bu hün təqdim edilən bu yenilik də rəqəmsal bankçılığa keçidin bariz nümunəsidir”, - deyə, Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya inzibatçısı Nahid Zeynalov bildirib.

Qeyd edək ki, "Mobil elektron imza" layihəsi çərçivəsində Kapital Bank-ın müştəriləri qısa müddət ərzində "Mobil elektron imza" sertifikatlarına sahib ola biləcəklər. Belə ki, bankın səlahiyyətli əməkdaşı müştərini 5 dəqiqə ərzində mobil elektron imza ilə təmin edəcək.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol