• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell universitet məzunları və tələbələr üçün yay təcrübə proqramı elan edir

Bakcell universitet məzunları və tələbələr üçün yay təcrübə proqramı elan edir
16.05.2018 09:13
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell böyük məmnuniyyətlə III və IV kurs bakalavr tələbələri, magistrlər və yeni məzunları şirkətin "2018 Yay Təcrübə Proqramı”nda iştirak etməyə dəvət edir.

Tələbə və məzunlar üçün nəzərdə tutulmuş 2 aylıq proqramın əsas məqsədi karyerasında ilk addımlarını atmağa başlayan gəncləri Azərbaycanın ən nüfuzlu və innovativ şirkətlərindən birində iş mühiti ilə tanış etmək, praktiki biliklərlə təmin etmək və onların işə hazırlıq bacarıqlarını inkişaf etdirməkdir.

Seçimdən uğurla keçən namizədlər "Bakcell”in satış və marketinq şöbələrində 2 ay müddətində təcrübə keçmək imkanına malik olacaqlar. Təcrübə müddətində gənclər şirkətin aparıcı mütəxəssisləri arasından seçilmiş təcrübə rəhbərləri vasitəsilə müvafiq bilik və bacarıqlara yiyələnərək şirkətin ümumi strukturunu və iş prinsiplərini öyrənəcək, eyni zamanda karyera planlaşdırılması, biznes etikasi, vaxtın səmərəli bölgüsü, effektiv kommunikasiya, özünü kəşfetmə, əməyin təhlükəsizliyi və ətraf mühit, sağlamlıq və digər mövzularda praktiki biliklər əldə edəcəklər. Təcrübə proqramı başa çatdıqda bütün iştirakçılar qiymətləniriləcək və layihədə iştirak etdiklərini təsdiq edən sənədlə təltif olunacaqlar. Bakcell şirkətinin "2018 Yay Təcrübə Proqramı” barədə daha ətraflı məlumatı www.bakcell.com səhifəsində əldə etmək olar. Proqramda iştirak etmək üçün müraciətlər (CV) 31 may 2018-ci il tarixinə qədər [email protected] ünvanı vasitəsilə qəbul olunacaq.

Qeyd edək ki, 2014-cü ildən etibarən Bakcell şirkətinin təcrübə proqramlarında 100 nəfərdən çox gənc iştirak edib. Proqramda iştirak zamanı yüksək nəticələr nümayiş etdirən tələbə və məzunlar Bakcell şirkəti və digər nüfuzlu şirkətlər tərəfindən işlə təmin edilib. Digər iştirakçılar isə yerli və xarici universitetlərdə təhsillərini davam etdirirlər.

Azərbaycanın ən prestijli işəgötürənlərdən biri olan Bakcell şirkəti, bütün işçilər və namizədlər üçün eyni şərait yaradır. Şirkət işə qəbul və seçim prosesində şəffaflıq prinsiplərinə riayət edir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol