• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakcell”in ən populyar “Əla” tarifi LİMİTSİZ oldu

“Bakcell”in ən populyar “Əla” tarifi LİMİTSİZ oldu
18.05.2018 14:29
Limitsiz zənglər artıq təkcə saatlıq yox, gündəlik və aylıq əsasla təklif olunur

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti abunəçilərin ən sevimli "ƏlaCIN” tarifini yeni çeşidlər vasitəsilə genişləndirdi. Beləliklə, yeni "ƏlaGün” və "ƏlaAy” tarif planları sayəsində müştərilər istənilən Bakcell abunəçisi ilə limitsiz zənglərdən yararlana biləcəklər.

Bakcell abunəçilərinin ən sevimli tariflərindən olan "ƏlaCIN” indi "ƏlaSaat” oldu. "ƏlaSaat” heç bir abunə haqqı olmadan və saatda sadəcə 0.07 AZN ödəməklə, şəbəkə daxilində fasiləsiz olaraq danışmaq imkanı verir.

İndi isə, 1 saatlıq zənglərlə məhdudlaşmağa ehtiyac yoxdur, çünki abunəçilər bütün gün və hətta bütün ay ərzində limitsiz zənglərdən yararlanamaq üçün gözəl fürsət əldə ediblər.

Belə ki, yeni "ƏlaGün” tarifi sayəsində müştərilər gündə sadəcə 0.70 AZN ödəməklə şəbəkə daxilidə bütün gün ərzində limitsiz danışacaqlar. Bundan əlavə onlara 50 ölkədaxili SMS bonus olaraq təqdim ediləcək.

Yeni "ƏlaAy” tarifi isə daha çox danışmaq arzusunda olan abunəçilərin ürəyincə olacaq. Çünki bu tarifin istifadəçiləri ayda 17 AZN ödəyib bütün ay ərzində limitsiz şəbəkədaxili zənglərdən faydalanacaqlar. Bu da son deyil, "ƏlaAy” istifadəçilərinə hər ay bonus olaraq 500 ölkədaxili SMS və 500 Mb İnternet veriləcək.

"ƏlaSaat” tarifinə qoşulmaq üçün *307#YES kodunu, "ƏlaGün” tarifinə qoşulmaq üçün *370#YES kodunu, "ƏlaAy” tarifinə qoşulmaq üçün isə *317#YES kodunu yığmaq kifayətdir. Qeyd edək ki "ƏlaGün” və "ƏlaAy” tariflərində ədalətli istifadə siyasəti tətbiq olunur.

Yeni limitsiz CIN tariflərini təqdim etməklə Bakcell öz müştərilərinə dəqiqələri saymadan və dəqiqələrə xərclənən pulu fikirləşmədən öz yaxınları ilə istədikləri qədər sərbəst və limitsiz danışmaq imkanını təklif edir.

İnnovasiyalar sahəsində özünü doğrultmuş lider olan Bakcell müasir rabitə xidmətləri istifadəçilərinə yenilənmiş, rahat və yenilikçi tariflər, məhsullar və xidmətləri təklif etməyə davam edəcək.

Bakcell şirkətinin yeni "ƏlaSaat”, "ƏlaGün” və "ƏlaAy” tarifləri və digər sərfəli və innovativ təkliflər barədə daha ətraflı məlumat almaq üçün www.bakcell.com səhifəsinə daxil olun.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol