Azercell Azərbaycanın ən yaxşı startapını seçəcək

Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı və PAŞA Bankın dəstəyi ilə ölkəmizdə 6-cı dəfə Seedstars World müsabiqəsinin yerli seçimləri baş tutacaq. 8 iyun 2018-ci il tarixdə ADA Universitetində Azərbaycanın 10 ən yaxşı startapı ölkəni Seedstars sammitində təmsil etmək və 1 milyon ABŞ dolları qazanmaq uğrunda mübarizə aparacaq. Qaydalara əsasən 2 ildən daha az müddətdə fəaliyyət göstərən, bu müddətdə real məhsulu, həmçinin regional və qlobal böyümə potensialı olan startaplar müsabiqədə iştirak edə bilərlər. Meyarlara uyğun olan startaplar yarışa qatılmaq üçün www.seedstarsworld.com/event/seedstars-baku-2018 linki vasitəsilə may ayının sonuna qədər qeydiyyatdan keçməlidirlər.
Qeyd edək ki, tədbirin keçirilməsində
Seedstars-ın məqsədi inkişaf edən ölkələrdə mövcud olan, xüsusilə BMT-nin Davamlı İnkişaf Məqsədlərinə
uyğun həllər istiqamətində fəaliyyət göstərən sahibkarları diqqət mərkəzinə gətirməkdir.
Bu məqsədlə Seedstars ən innovativ və yeni yaranan startapları müəyyən etmək
üçün 65-dən çox ölkəyə səfər edir və onlara İsveçrədə keçirilən beynəlxalq
Seedstars Sammitində 1 milyon ABŞ dollarına qədər investisiya vəsaiti əldə etmək,
dünyanın müxtəlif ölkələrindən olan investorlar və mentorlarla əlaqələr qurmaq
imkanı yaradır. Əvvəlki iştirakçılar toplam 92 milyon ABŞ dollarından artıq
investisiya cəlb etmiş və bununla 2,100-dən çox iş yerinin yaranmasını təmin
edmişdir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























