Agac kəsdi, işi prokurorluğa göndərildi

9 ədəd ağacı kəsərək yaşıllıqlara ziyan verən şəxs nazirlik tərəfindən cərimələnib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, reyd zamanı Kürdəmir rayonu Köhünlü kəndi ərazisində yaş köküstə 14-40 sm diametrində 9 ədəd ağacın kəsildiyi aşkar olunub.
Araşdırma zamanı ağacların Kürdəmir rayon sakini Əhməd Əhmədov tərəfindən kəsildiyi və təbiətə 2230 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından, toplanmış materiallar Baş Prokurorluğuna göndərilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























