• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar”-ın dəstəyilə keçirilən NETTY-2018 internet müsabiqəsi nominantları müəyyən edir

“Nar”-ın dəstəyilə keçirilən NETTY-2018 internet müsabiqəsi nominantları müəyyən edir
22.05.2018 11:25
"Nar”-ın dəstəyilə keçirilən milli internet müsabiqəsi NETTY 2018 iştirakçılar arasından nominantların seçim prosesinə başladı. Azərbaycanın ən yaxşı İT-layihələr, innovasiyalar və mütərəqqi ideyalar, həmçinin, Milli İT sahəsinin və internetin inkişafında rolu olan mütəxəssislər ənənəvi olaraq NETTY 2018 tərəfindən mükafata layiq görülür.

NETTY-2018 qalibləri 15 nominasiya üzrə müəyyən edilir. Müsabiqənin "Ekspert şurası” hər nominasiya üzrə üç nominant seçir. Əlavə olaraq, "Virtual münsiflər heyəti” də ümumilikdə üç nominant seçəcək. Mükafata namizədlərin tam siyahısı 23 may tarixində elan ediləcək.

Ekspert şurasının və Virtual münsiflər heyətinin seçiminə əsaslanaraq NETTY Akademiyası yekun səsverməyə başlayacaq. Həmçinin, müsabiqədən kənar, fəxri və həvəsləndirici nominasiyalar üzrə səsvermə keçirilir. NETTY-2018 qalibləri rəsmi olaraq, bütün nominantların iştirakı ilə keçirilən, mükafatlandırma mərasimində elan edilirlər.

Qeyd edək ki, "Nar” ənənəvi olaraq İKT sahəsində irəli sürülən təşəbbüslərə dəstək olur və bu sahənin inkişafına xüsusi önəm verir. "Nar” özünün korporativ sosial məsuliyyət strategiyası çərçivəsində İT layihələrinə və Azərbaycanda elmi maariflənməyə yönəlik müsabiqələrə dəstək olur. Mobil operator, həmçinin, yüksək keyfiyyətli mobil və sabit internet xidmətlərini sərfəli qiymətlərə təklif etməklə ölkədə internetin hər kəs üçün əlçatan edir.

"Nar”-ın KSM strategiyası haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayıb. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. Hazırda "Nar” şəbəkəsi ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. "P3 Communications” tərəfindən 2017-ci ildə keçirilmiş şəbəkə sınaqları nəticəsində Nar şəbəkəsi "ən yaxşı mobil zəng xidməti” göstərən şəbəkə olaraq tanınmışdır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol