• $
  • €
  • ₽
  • ₺
  • £

Tərəvəzin qiyməti sürətlə ucuzlaşır - Azərbaycanda

Tərəvəzin qiyməti sürətlə ucuzlaşır - Azərbaycanda
23.05.2018 10:29
Ötən illə müqayisədə tərəvəzlərin qiymətlərdə artım olsa da, aprel ayı və mayın ilk günləri ilə müqayisədə ucuzlaşıb.

Anews.az musavat.com-a istinadən xəbər verir ki, bazarda kartofun qiyməti 40-60 qəpik arasında dəyişir. Soğanın isə 3 kiloqramı 1 manata satılır. Satıcılar bildirdilər ki, ötən ay bazarda kartof və soğan baxımından qıtlıq müşahidə olunsa da, bu ay bolluqdur. Bu isə qiymətlərin ucuzlaşmasına təsir edib.

Bazarda mövsümü meyvələrdən alça və çiyələyin qiyməti də ötən həftə, hətta 2 gün öncə ilə müqayisədə bir qədər ucuzlaşıb.

Hazırda bazarda çiyələyin kiloqramı 1-2 manat arasında dəyişən qiymətlə satılır. Xırda və bir qədər əzilmiş çiyələklər 1 manata, iri çiyələklər isə 1.5-2 manatadır.

Alçanın da qiyməti 2-2.5 manatadır. Satıcılar bildirdilər ki, iri alçaların (göycə) qiymətində ucuzlaşma var. Ötən günlərdə 4 manata satılan göycə hazırda 2.5 manatadır.

Pomidorun qiymətində də ötən ayla müqayisədə azalma var. Aprel ayında 5 manat və daha baha qiymətə satılan pomidor hazırda 2.3-2.5 manata satılır.

Xiyarın isə qiyməti 50-60 qəpiyə satılır. Satıcılar bildirdilər ki, qiymətlər növbəti günlərdə bir qədər də aşağı enəcək.

Marketlərdə isə kartofun kiloqramı 54-55 qəpiyə satılır. Pomidorun isə qiyməti növündən asılı olaraq 2.45-2.99 manatadır. Xiyar iri marketlərdə demək olar ki, bazar qiymətinədir. Belə ki, hazırda iri marketlərdə xiyarın kiloqramı 60-80 qəpikdir. Bibərin kiloqramı isə 3.4 manatadır. İri marketlərdə alça 4 manat 45 qəpik, çiyələk isə 2 manat 20 qəpiyədir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol