• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank fermerlərə güzəştli kreditlər təklif edir

Kapital Bank fermerlərə güzəştli kreditlər təklif edir
25.05.2018 09:55
Kapital Bank-la Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti arasında protokol imzalanıb.
 
Protokolun şərtlərinə əsasən fermerlərə güzəştli kreditlərin verilməsi nəzərdə tutulub.

İmzalanma mərasimində Kapital Bank-ın Baş Korporativ Satış İnzibatçısı Fərid Hidayətzadə, Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev, Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının, BMT-nin Ərzaq və Kənd təsərrüfatı üzrə Təşkilatının (FAO), Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD), Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının təmsilçiləri də iştirak edib.

"Kapital Bank olaraq biz kiçik-orta sahibkarlığın inkişafına böyük diqqət ayırırıq və bu sahəyə güzəştli kreditlərin verilməsini təmin edirik. Kənd Təsərrüfatı Nazirliyi ilə olan bu layihə sahibkarlığın inkişafına müsbət təsir göstərəcək. Kreditlər fermerlərə 1 000 manatdan, 200 000 manatadək olmaqla, maksimum illik 7%-lə veriləcək. Həmçinin layihədə beynəlxalq təşkilatların mövcudluğu, kreditlərin verilməsi və monitorinqlər zamanı xarici təcrübədən yararlanmağa imkan yaradacaq”, - deyə, Kapital Bank-ın Baş Korporativ Satış İnzibatçısı Fərid Hidayətzadə bildirib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol