• $
  • €
  • ₽
  • ₺
  • £

“Bank Respublika”dan məhdud sayda yeni kartlar!

“Bank Respublika”dan məhdud sayda yeni kartlar!
25.05.2018 13:47
 
Cümhuriyyətin 100 illiyi ilə əlaqədar Bank Respublika məhdud sayda yubiley kartlarını istifadəyə verdi 
 
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə, Bank Respublika MasterCard Gold və MasterCard Platinum yubiley kartlarını təqdim etdi. Yubiley kartları eksklüziv dizaynda və 2.000 ədəd olmaqla məhdud sayda buraxılmışdır.

Kartın məxsusi dizaynında əks olunan Azərbaycanın tarixi xəritəsi və bank tərəfindən Cümhiriyyətin 100 illiyi münasibətilə tərtib edilmiş loqotip - şərəfli tariximizə böyük önəm verilməsi haqqında xəbər verir. Yeni bank kartları qızılı və gümüşü rəng tonlarında GoldvəPlatinum kartlarına uyğun hazırlanıb.

"Biz böyük qurur hissi ilə bayram sevincini soydaşlarımızla birlikdə paylaşırıq və ölkənin aparıcı banklarından biri kimi, Bank Respublika müştərilərin bu əlamətdar tarixi yubiley kartını əldə etməklə qeyd etmək imkanını verməyə özümüzə borc bilirik” – deyə, bankın İdarə heyətinin sədr müavini Elnur Həsənov qeyd etdi.

Azərbaycan Respublikasının hər bir vətəndaşı bayram kartlarını bankın istənilən filialında sifariş edə bilər. Yubiley kartları MasterCard Gold və MasterCard Platinum kartlarının standart rəsmiləşdirmə şərtləri ilə verilir.

Təqdim edilən kartlar kolleksiya tirajında istifadəyə verilir, bu isə o deməkdir ki, əlavə istehsalı nəzərdə tutulmayıb. Beləliklə, Cümhuriyyətin 100 illiyi şərəfinə hazırlanmış unikal kartları bu gündən etibarən əldə etmək mümkün olacaq.

Bank Respublika xalqımızı Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə təbrik edir, vətənimizin uzun illər boyu yaşayıb çiçəklənməsini arzulayır.

Daha ətraflı məlumatı bankın rəsmi saytından, Facebook səhifəsindən və ya 144 nömrəsinə zəng etməklə əladə etmək olar.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol