• $
  • €
  • ₽
  • ₺
  • £

Ekspert: Neftin taleyi iyunda bəlli olacaq

Ekspert: Neftin taleyi iyunda bəlli olacaq
26.05.2018 11:55
Şist neft hasilatı qlobal bazarda "neft rallisini” dayandırıb. Bu həftə ABŞ-da quyuların sayının 13 ədəd artması neftin dünya bazar qiymətinin dünən 3 faizdən çox azalmasına səbəb olub. Artıq Brent markalı neftin 1 bareli 77 dollardan ucuz satılır. 

İqtisadçı-ekspert Vüqar Bayramov Oxu.Az-a açıqlamasında bildirib ki, 2018-ci ildə ABŞ-da quyuların sayında 151 ədəd artım qeydə alınıb. Mayın 18-də ABŞ gündəlik neft hasilatını 10.7 milyon barelə çatdırıb ki, bu da okeanın o tayında "qara qızıl” istehsalının artmasından xəbər verir:

"Digər tərəfdən, Rusiya ilə Səudiyyə Ərəbistanının məhdudlaşdırılmış neft hasilatının gündəlik 1 milyon barel artırılması ilə bağlı müzakirələri də neft bazarına təsirsiz ötüşmədi. Müzakirələrin nəticəsi olaraq hansı qərarın verilməsi isə iyunun 22-də bəlli olacaq”.  

Ekspertə görə, OPEK proqnozlaşdırılmayan mövcud yüksək qiymətlər fondunda bazar payının itirməkdən ehtiyatlanır.  Onun fikrincə, bu baxımdan da,  bazar payını qoruyub saxlamaq məqsədilə OPEK+ tərəfindən hasilat həcminə yenidən baxması istisna deyil: 

"Eyni zamanda, istehlakçı ölkələrdə neftin mövcud qiymətlərindən məmnun görsənmirdilər. Yaponiyanın ərəb tərəfdaşlarına yüksək qiymətlərinin arzuolunan olmaması ilə bağlı mesajı da məhz bundan xəbər verir. Bütövlükdə, ABŞ-İran gərginliyi istisna olmaqla hazırda digər heç bir faktor neftə bazarına yüksək qiymətlər vəd etmir”.

O ki qaldı neftin bundan sonrakı bazar dəyərinə, V.Bayramov hesab edir ki, neftin qiymətində hələlik kəskin azalmalar gözlənilməsə də amma yüksək neft qiymətlərinə qayıdış inandırıcı deyil: 

"Bu baxımdan neft ölkələri üçün "neft bumunun” artıq arxada qaldığını söyləmək heç də çətin deyil”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol