• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank-dan uşaqlara “Möcüzələr xəzinəsi”

Kapital Bank-dan uşaqlara “Möcüzələr xəzinəsi”
29.05.2018 10:12
Kapital Bank 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində "Möcüzələr xəzinəsi” adlı sosial layihə təşkil edib. Layihə çərçivəsində görmə qabiliyyəti məhdud uşaqlar üçün Azərbaycan dilində nağıllar oxunub, audio kitab formasında hazırlanıb. Layihə zamanı hazırlanan video çarx və fotolar Bankın Facebook sosial şəbəkəsindəki səhifəsinə yerləşdirilib - www.facebook.com/kapitalbank.

"Hər il olduğu kimi bu il də Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində növbəti sosial layihəmizi həyata keçirdik. Disk formasında yazlan audio nağılları, Bakıda yerləşən sağlamlıq imkanları məhdud uşaqlar üçün olan 5 nömrəli respublika xüsusi internat məktəbinə təhvil verdik. Həmin nağılları Kapital Bank-ın dəstəyi ilə fəaliyyət göstərən mərkəzin təqaüdçüləri səsləndirib. Tədbirin keçirilməsində göstərdikləri dəstəyə görə Təhsil Nazirliyinə və "Üçüncü Bahar” təşəbbüs qrupuna təşəkkürümüzü bildiririk”, - deyə, Kapital Bank-ın Marketinq departamentinin direktoru Günel Fərzəliyeva bildirib.

Qeyd edək ki, audio disklərə 10 nağıl daxil edilib: "Kompüterin kələyi”, "Tısbağa və dovşan”, "Tülkü və kəklik”, "Sehrli torba”, "Tülkü və xoruz”, "Qarı və pişik”, "Eşşəklə tülkünün dostluğu”, "Siçan və pişik”, "Yeddi nar çubuğu” və "Hatəm və qoyun dərisinə girmiş qurd”. Nağıllar müasir motivli, ibrətamiz və tərbiyəvi xarakter daşıyır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol