• $
  • €
  • ₽
  • ₺
  • £

Avro ucuzlaşır: valyuta almaq istəyənlərə

Avro ucuzlaşır: valyuta almaq istəyənlərə
31.05.2018 12:44
Gözlənildiyi kimi, mayda avro dollara nisbətən dəyər itirdi.

Axar.az xəbər verir ki, bu sözləri avronun ucuzlaşmsının səbəbləri haqda danışan iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspert bildirib ki, aya 1 avro 1.21 dollar məzənnəsi ilə başlayan Avropa pulu ayı 1.167 kursu ilə başa vurmaqdadır:

"Bu is avronun dollar qarşısında yalnız bir ay ərzində 4 faizə yaxın dəyər itirməsi anlamına gəlir. Mayın 3-də sosial şəbəkədə dolların möhkəmlənməsi və avronun dəyər itirəcəyi ilə bağlı proqnoz vermişdim. Nəticədə mayın Avropa pulu üçün düşərli olmadığını müşahidə etdik. Avronın dəyər itirməsinin əsas səbəbi İtaliyada müşahidə edilən hökumət böhranıdır. Avrozonanın 3-cü ən böyük iqtisadiyyatına malik olan ölkəsində müşahidə edilən böhran avronun məzənnəsinə psixoloji təsir göstərməkdə davam edir. Eyni zamanda, dolların qlobal maliyyə bazarında mövqelərinin möhkəmlənməsi də avroya təsirsiz ötüşmür. Digər tərəfdən, qlobal maliyyə bazarının oyunçuları aparıcı valyutaların dollara nisbətən kursuna iqtisadi və hətta spekulyativ təsir etməklə məzənnəni müəyyən interval daxilində dəyişərək mənfəət marjı yaradırlar. Bu baxımdan, valyutanı məzənnəsi yüksək olan zaman almaq heç də tövsiyyə olunmur”.

İqtisadçı dollara nisbətən ucuzlaşan avronun manata qarşı da dəyər itirdiyini deyib:

"Avronun iyundakı məzənnəsi İtaliyadakı vəziyyətdən asılı olacaq. Avrozonada iqtisadi vəziyyət stabildir. Hökumət böhranlarının aradan qaldırılması avroya yenidən nəfəs verə bilər”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol