• $
  • €
  • ₽
  • ₺
  • £

Bank Respublika ADR-in 100 illiyinə həsr olunmuş bədii-sənədli filmin premyerasını keçirdi

Bank Respublika ADR-in 100 illiyinə həsr olunmuş bədii-sənədli filmin premyerasını keçirdi
31.05.2018 12:04
Bakı 30 may 2018. Bank Respublika Azərbaycan Xalq Cümhuriyyərinin 100 iliyinə həsr olunmuş "İstiqlaliyyət” adlı bədii-sənədli filmi təqdim etdi.Filmdə Cümhuriyyət qurucularının 23 ay ərzində gördüyü böyük işlər və qarşılaşdığı çətinliklərdən bəhs edilir. Filmdə həmin vaxtların taleyüklü məqamları da rekonstruksiya edilib və göstərilir. Bədii-sənədli filmin rejissoru Cavid Təvəkkül, sözçüsü isə xalq artisti Nürəddin Mehdixanlı oldu. Filmin istehsalı "ÖZ Film” prodakşn studiyası tərəfindən Baku Media Center-in dəstəyi ilə ərsəyə gəlmişdir.

"Böyük qürur və vətəndaşlıq borcu hissi ilə bu filmi təqdim edirik. Bildiyiniz kimi cənab Prezident İlham Əliyev 2018-ci ili Azərbaycan Xalq Cümhiriyyəti ili elan etmişdir, bu qərar bir daha həmin tarixin müasir Azərbaycan üçün önəmli olmasını təsdiq edir. Ölkənin aparıcı banklarından biri kimi filmin yaradılmasına qərar verdik ki, həmin illərdə baş verən hadisələr yenidən yaddaşlarda oyansın, Cümhuriyyət qurucularının göstərdiyi şücayət hiss edilsin” – deyə Bank Respublikanın Idarə Heyətinin sədri Asəf Namazov bildirdi.

Yubiley ili ərəfəsində bank eyni zamanda "İstiqlaliyyət” filminin iki premyerasını keçirdi – paytaxt Bakıda və Gəncə şəhərində. Filmin təqdimatında mətbuat nümayəndələri, bankın partnyorları və müştəriləri də iştirak etmişdilər. Təqdimat tədbirləri CinemPlus kinoteatrlarının dəstəyi ilə keçirildi. Film tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı və qısa müddət ərzində çoxsaylı müsbət rəylərə səbəb oldu. Təqdimatda filmin baş qəhrəmanları öz obrazlarını canlandıraraq tədbirdə xüsusi ab-hava da yaratdılar.

Filmi bankın rəsmi Facebook və Youtube səhifələrindən izləmək mümkündür.
 







www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol