Siyavuş Novruzov yenə banklardan şikayətləndi

"Azərbaycanda banklarda kredit faizi çox yüksəkdir. Vətəndaşlar bundan səmərəli istifadə edib, yeni iş yerləri yarada bilmirlər”
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
Komitə sədri bildirib ki, Azərbaycanda orta və kiçik sahibkarlıq kreditlərdən yararlana bilmir: "Faizlər elə yüksəkdir ki, kiçik və orta sahibkarlıq inkişaf edə bilmir və nəticədə oradan büdcəyə kifayət qədər gəlir gəlmir. Faizlərlə bağlı hansısa işlərin görülməsi müzakirə olunmalıdır."
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























