• $
  • €
  • ₽
  • ₺
  • £

Torpaq icarəsi haqqında” qanun dəyişdi

Torpaq icarəsi haqqında” qanun dəyişdi
29.05.2020 09:25
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Torpaq icarəsi haqqında” qanuna dəyişiklik layihəsi müzakirə olunub.
 
AzVision.az xəbər verir ki, dəyişikliklə Azərbaycanda dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsinin xüsusiyyətləri müəyyənləşib.

Qanuna əlavə edilən 10-1-ci (Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsinin xüsusiyyətləri) maddəyə əsasən, dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin icarəyə götürmək istəyən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana ərizə ilə müraciət edir. Ərizədə torpaq sahəsindən istifadənin məqsədi və müddəti göstərilir.
Ərizəyə bu sənədlər daxildir: Ərizəçi fiziki şəxs olduqda, şəxsiyyət vəsiqəsinin surəti, huquqi şəxs olduqda isə hüquqi şəxslərin dövlət treyesterindən çıxarışın surəti, ərizəçinin vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınması barədə şəhadətnamə nin surəti, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən olunan formada torpaq sahəsindən istifadənin iqtisadi əsaslandırılması, torpaq sahəsi qanuni istifadədə olduqda, torpaq istifadəçisinin razılığını təsdiq edən sənəd.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan təqdim olunan ərizəyə və ona əlavə olunan sənədlərə 10 gün müddətində baxaraq aşağıdakı hüquqi hərəkətlərdən birini edir:

1.Torpaq sahəsinin icarəyə verilməsini məqsədəuyğun hesab etmədikdə və ya ərizədə və ona əlavə edilmiş sənədlərdə icarə müqaviləsinin bağlanmasından imtinaya səbəb olan çatışmazlıqlar aşkar etdikdə, torpaq sahəsinin icarəyə verilməsindən imtina edilməsi barədə inzibati aklt qəbul edir. Bu inziobati akt torpaq sahəsinin icarəyə verilməsindən imtina hallarına istinad istinad edilməklə, əsaslandırılmalıdır.

Torpaq sahəsinin icarəyə verilməsini məqsədəuyğun hesab etdikdə, bu barədə rəy hazırlayır, həmin rəy sənədlər də əlavə olunmaqla, icarə müqaviləsini bağlamağa razılıq alınması üçün 2 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana göndərir.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan ərizədə və ona əlavə edilən sənədlərdə aradan qaldırılması mümkün olan və torpaq sahəsinin icarəyə verilməsindən imtinaya səbəb olmayan şatışmazlıqlar aşkar etdikdə, ərizənin qeydiyyata alındığı tarixdən 3 gündən gec olmayaraq onların aradan qaldırılması barədə məlumatı ərizəçiyə təqdim edir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan razılıq alınması üçün təqdim olunan müraciətə dövlət kadastrının məlumatları əsasında 15 gün müddətində baxaraq dövlət torpağının icarəyə verilməsinə razəılıq verir və ya həmin müraciət və olunan sənədlər kadastr məlumatları ilə uyğunsuzluq təşkil etdikdə dövlət torpağını ivcarəyə verilməsinə razılıq vermir. Müvafiq icra hakimyyətin orqanının müəyyən etdiyi orqanının icarə müqazviləsinin bağlanmasına razılıq verilməsindən imtina barədə qərarı imtina hallarına istinad edeilməklə, əısaslandırılmalıdır. 

Müvafiq icra hakimyyətin orqanının müəyyən etdiyi orqan razılıq alınması üçün təqdim edilən müraciətə 30 gün müddətində münasibət bildirmədikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan razılıq verilməsi prezumpsiyasından çıxış edir.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol