"WhatsApp"da yeni funksiya

"WhatsApp" messencerində qrup şəklində ünsiyyət həvəskarları üçün çoxdan gözlənilən funksiya istifadəyə verilib.
Axar.az xəbər verir ki, artıq messencer istifadəçiləri qrup şəklində səsli və videozənglər funksiyasından yararlanmaq imkanı əldə ediblər.
Məlumata görə, iki istifadəçinin başladığı söhbətə sonradan daha iki nəfəri əlavə etmək mümkündür. Bunun üçün danışıq rejimində ekranın sağ yuxarı küncündə yerləşən xüsusi işarənin üzərinə toxunmaq kifayətdir.
Votsapda qrup şəklində videodanışıq funksiyasından ilkin olaraq "iOS”, daha sonra "Android” əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən qurğu sahibləri yararlanmağa başlayıb
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























