Nazir açıqladı: Övladımızın qisasını aldıq

Türkiyənin təhlükəsizlik orqanaları ötən il Trabzonda PKK terror qruplaşmasının hücumu nəticəsində şəhid olan hərbçi Fərhad Gədik və 15 yaşlı Ərən Bülbülün qisasını alıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu danışıb.
"Bu terror qruplaşması hər yerdə başımıza bəla olub. Bilirsiniz, ötən il Ərən Bülbük övladımızı və bir hərbçimizi şəhid etmişdilər. Bax, həmin qrupdan 2 nəfər Giresunun Gücə mahalında qəhrəman əsgərlərimizin, jandarmamızın, komandirlərimizin ortaya qoyduğu əməliyyat nəticəsində məhv edildilər”, - nazir bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























