• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda benzin bahalaşacaq?

Azərbaycanda benzin bahalaşacaq?
28.05.2020 19:49
Benzinin qiymətinin artacağı ilə bağlı heç bir ajiotaja ehtiyac yoxdur.

Bu sözləri Axar.az-a SOCAR-ın Emal üzrə vitse-prezidenti David Məmmədovun açıqlamasını şərh edən Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib. Ekspert bildirib ki, neftayırma zavodlarının cari təmirə dayanması bütün dünyada ildə 1 dəfə baş verir:

"Azərbaycanda neft məhsullarının qiyməti dövlət tərəfindən tənzimlənir. 2014-cü ilin 1 aprelindən yüksək oktanlı benzinlərin qiyməti bu kateqoriyadan çıxarılsa da, orada kartel sazişi tətbiq edilir. Yəni eyni gündə və saatda bazar iştirakçıları eyni qiyməti tətbiq edirlər. O üzdən benzinin qiymətinin artacağı ilə bağlı heç bir ajiotaja ehtiyac yoxdur. Hər il yanacaq istehsal edən NEZ təmirə dayanır. Məgər onda benzin qiymətləri ilə məsələ gündəmə gəlir? Düzdür, deyə bilərsiniz ki, axı o zamanlar benzin ixracatçısı idik, indi isə idxal edirik. Ancaq bir məsələ var ki, o zaman Azərbaycanda heç yarım milyon maşın yox idi, indi bu rəqəm 1,3 milyona çatıb. İstehlak daxili bazarda artanda əlbəttə ixrac üçün də həcmlər qalmayacaq”.

Ekspert qeyd edib ki, son 2 ildə NEZ-in cari təmiri onun modernizasiyası ilə paralel aparıldığından müddət bir qədər uzanır:

"Ona görə də anbarlarda yığılan ehtiyat heç də yerli tələbatı ödəmir. Adətən avqustda Nazirlər Kabineti sərəncam verərək müəyyən limitlənmiş dövrdə Aİ-92 markalı benzinin idxal vergilərini sıfırlayır. Bu, NEZ-in fəaliyyəti bərpa edilənə qədər daxili bazarda həmin marka neft məhsulunun satış qiymətinin artmaması üçün edilir”.

Qeyd edək ki, SOCAR-ın Emal üzrə vitse-prezidenti David Məmmədov Heydər Əliyev adına Neft Emalı Zavodunun oktyabrda planlaşdırılmış illik əsaslı təmirə bağlanacağını açıqlayıb.

D.Məmmədov bildirib ki, NEZ-də istehsalın dayandırılması zamanı daxildə Aİ-92 markalı benzinə mövcud ehtiyatlardan çox ehtiyac yaranarsa, Rusiyadan benzin idxal ediləcək və bununla bağlı saziş iyunda imzalanacaq.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol