• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” Uşaqların beynəlxalq müdafiəsi günündə balacaları təbrik etdi

“Nar” Uşaqların beynəlxalq müdafiəsi günündə balacaları təbrik etdi
04.06.2018 12:16
"Nar” 1 iyun – Uşaqların beynəlxalq müdafiəsi günündə növbəti sosial aksiyaya imza atdı. Hər il 1 iyun tarixində müxtəlif maraqlı layihələrlə ənənəvi olaraq uşaqları təbrik edən mobil operator bu il də fərqli bir təşəbbüslə çıxış etdi. Belə ki, "Youtube” platformasındakı "Azərbaycan Xalq Nağılları” kanalında Azərbaycan dilində böyük bir milli nağıl resursu yaradıldı. Səsləndirilmiş 60 milli nağıl xüsusi tərtibatlı CD-lərə köçürüldü. Bu CD-lərdən ibarət kataloq Respublika Gözdən Əlillər Kitabxanasına hədiyyə edildi.

Nağılların peşəkar studiyada səsləndirilməsi prosesinə "Belə-belə işlər” layihəsindəki uğurlu fəaliyyəti və balacalara olan sonsuz sevgisi ilə fərqlənən Kəmalə Rövşən cəlb edildi. Uşaqlara nağıl danışmağı çox sevən Kəmalə xanımın bu həvəsi "Nar” operatorunu belə bir faydalı aksiyaya imza ataraq balacaları sevindirməyə ruhlandırdı. Prosesin əks olunduğu xüsusi video "Nar”-ın sosial media səhifələrində ictimaiyyətə təqdim edildi.

Xatırladaq ki, elm, təhsil və uşaqlara qayğı "Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyasının tərkib hissəsidir. Mobil operatorun KMS strategiyası haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilmişdir. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol