"Ticarət dövriyyəsi 5 milyard dollara yaxınlaşır" - Komitə sədri

"Bu ilin beş ayının nəticələrinə görə, Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 5 milyard dollara yaxınlaşır".
Unikal.org-un məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün Bakıda keçirilən Azərbaycan-Avropa İttifaqı biznes forumunda bildirib.
Onun sözlərinə görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 5 ayında Aİ ölkələrindən idxalda 41% artım qeydə alınıb: "Avropa İttifaqına ixrac əməliyyatlarımız 5 faiz artıb. Keçən ilin beş aylıq nəticəsnə görə Aİ-yə ixracımız 3 milyard 464 milyon ABŞ dolları təşkil edibsə, bu ilin yanvar-may aylarının nəticələrinə görə bu göstərici 3 milyard 654 milyon dollar olub".
Komitə sədri bildirib ki, Aİ ölkələrindən idxal əməliyyatları keçən il 660 mln. dollar idisə, bu ilin 5 ayında bu göstərici artaraq 936 mln. dollar olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























