“Nar” Gəncə əmək yarmarkasında iştirak etdi

"Nar” Azərbaycan Dövlət Aqrar
Universiteti tərəfindən təşkil edilmiş əmək yarmarkasında iştirak edib. Çoxsaylı
şirkətlərin iştirak etdiyi yarmarkada mobil operatorda marketinq və satış
istiqamətləri üzrə müxtəlif vakant vəzifələrə sənəd qəbulu təşkil edilib. Mayın
31-də, Gəncə şəhərində keçirilmiş yarmarkadakı "Nar” stendi şəhər sakinlərinin böyük
marağına səbəb olub. Bundan əlavə, stend ziyarətçiləri "Nar”-ın yay təcrübə
proqramlarında iştirak barədə məlumat əldə ediblər.
Xatırladaq edək ki, daha öncə
ADA universitetində keçirilmiş tələbələr üçün əmək yarmarkasında "Nar” operatoru
"Ən yaxşı işəgötürən şirkət” mükafatına layiq görülmüşdü. Mobil operatorun
həyata keçirdiyi layihələr haqqında daha ətraflı məlumatı nar.az internet
səhifəsindən əldə etmək olar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























