Zaqatala 7 dəfə silkələndi - Güclü zəlzələdən sonra...

Zaqatalada dünən axşam baş verən zəlzələ ilə əlaqədar Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları əraziyə yollanıb.
Anews.az xəbər verir ki, bu barədə APA-ya Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli danışıb. Q.Yetirmişli bildirib ki, xidmət əməkdaşları ərazidə tədqiqat aparacaq:
"Hazırda əraziyə gedirik. Zəlzələ ocağında prosesin necə getdiyi araşdırılacaq. Bu işlərdən sonra zəlzələnin baş vermə səbəbləri və gərginliyin artma ehtimalının olub-olmadığı ilə bağlı ictimaiyyətə dəqiq məlumat veriləcək".
Seysmoloji Xidmət Mərkəzi isə zəlzələ güclü olduğu üçün indiyə qədər 7 avterşok baş verdiyini bildirib. Zəlzələ güclü olduğu üçün avterşokların bir müddət davam edəcəyi də vurğulanıb.
Qeyd edək ki, ötən gün saat 22:40-da Zaqatalada 6 bala qədər hiss edilən zəlzələ baş verib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























