• $
  • €
  • ₽
  • ₺
  • £

Pensiyaçıların diqqətinə! – ALDANA BİLƏRSİNİZ – VİDEO

Pensiyaçıların diqqətinə! – ALDANA BİLƏRSİNİZ – VİDEO
07.06.2018 12:38
Bu gün vətəndaşlar maaş və təqaüdləri plastik kartlar vasitəsilə əldə edirlər. Bununla da vətəndaş hesabında olan məbləği rahat bir şəkildə bankomatdan çıxara bilir. Lakin bəzi məqamlar var ki, bankomatdan pul çıxaran zaman diqqətli olmaq lazımdır. Xüsusilə maaş və təqaüdlər verilən zaman bankomatın yanında gözləyən bəzi şəxslər vətəndaşlara dırnaqarası kömək etmək adı ilə dələduzluq edirlər. Həmin işbazların hədəf kütləsi daha çox ahıl vətəndaşlar və bankomatdan pulu çıxara bilməyənlərdir.

Yenicag.az xəbər verir ki, məsələ ilə bağlı ARB TV-nin "Günə doğru” verilişində maraqlı sujet hazırlanıb.

Bank işçisi Habil Mahmudov deyib ki, belə şikayətlər çox olur.

"Belə şikayətlər biz çox qəbul eləyirik. Bu mövzuda bankın əsas vəzifəsi bankomatları pulla təmin eləməkdir. Bir də biz vətəndaşlara verilən plastik bankomat kartlarının fin kodlarını onlar fərdi qaydada təqdim eləyirik. Yəni bu məxfi şəkildə verilir. Bu işbazların fəaliyyəti, ümumiyyətlə qeyri-qanunidir. Yəni, onun banka heç bir aidiyyatı yoxdur”.

Lakin sakinlərin əksəriyyəti plastik kartdan istifadə zamanı təhlükəsizlik qaydalarına riayət etmirlər. Hətta yaddan çıxmasın deyə məxfi şifrəni plastik kartın üzərinə yazanlar da var. Bu isə kart itirildikdən sonra problem yaradır. Bəzən də kart sahibi hesabındakı pulun oğurlanmasından gec xəbər tutur.

Elə xidmət növləri var ki, bankomatla rahat şəkildə həyata keçirmək mümkündür. Lakin bəzi sakinlər bundan istifadə etməyi bilmirlər. Əvəzində isə bu işi tanımadıqları adamlara belə həvalə edirlər, yaxud da banka gedib xeyli vaxt növbə gözləməli olurlar.

"Əslində biz bank olaraq yaxınlaşan bütün müştəriləri maarifləndiririk bununla bağlı. Bizim demək olar ki, bütün xidmət növləri üzrə bukletlərimiz var. Vətəndaşlara paylanılır. Yaşlı adamlar əsasən daha çox öyrənə bilmirlər, yadda saxlaya bilmirlər. Ona görə belə hallar baş verir”. – Habil Mahmudov qeyd edib.

Bankomatdan pul çıxartmağa kömək edənlər mənfəətsiz qalmır. Kart sahibi əvəzində həmin adama zəhmət haqqı verir. Elələri də olur ki, xidmət haqqını özü tələb edir. Buna görə də həmin şəxslər saatlarla bankomatın yanında növbə çəkirlər.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol