Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi işini davam etdirmək niyyətindədir - FOTO

Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi istiqamətində işi davam etdirmək niyyətindədir.
Trend-in məlumatına görə, bunu Bakıda keçirilən Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının sammitində "İqtisadi azadlıq" mövzusunda paneldə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.
O bildirib ki, 2018-ci ilin birinci rübü ərzində iqtisadi göstəricilər görülən işin səmərə verdiyini göstərir:
"2018-ci ilin birinci rübündə Azərbaycanın ÜDM-i 1,2 faiz, qeyri-neft ÜDM-i isə 2,1 faiz artıb. Bu göstəricilər gələcək artımın indikatorudur.
Azərbaycanda iqtisadi islahatlar davam etdiriləcək. İqtisadiyyatın şaxələndirilməsi neft-qaz ölkəsi olan Azərbaycan üçün çox vacibdir".
Nazir müavini qeyd edib ki, Azərbaycan hökuməti infrastrukturun inkişafına, o cümlədən sosial infrastruktura investisiyaları davam etdirmək niyyətindədir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























