• $
  • €
  • ₽
  • ₺
  • £

TANAP Azərbaycana nə verəcək?

TANAP Azərbaycana nə verəcək?
11.06.2018 13:16
Trans-Anadolu qaz kəmərinin (TANAP) açılışı möhtəşəm iqtisadi hadisədir. 

Bu mühüm hadisə ərəfəsində Oxu.Az bununla bağlı bəzi maraqlı suallara cavab tapmaq üçün iqtisadi şərhçi Fuad Əlizadəyə müraciət edib:

- İyunun 12-də açılışı gözlənilən TANAP son illər mütəmadi olaraq müxtəlif ekspertlərin və jurnalistlərin müzakirə mövzusu olub. Nə baş verir? 

- Həqiqətən, bəzi ekspertlər öz iftiralarında o qədər uzağa gediblər ki, Azərbaycan və Türkiyənin birgə layihəsi olan TANAP-ı Rusiya maraqlarına təhlükə kimi təqdim edirlər. Ancaq onlar Azərbaycanın strateji tərəfdaşı olan Rusiyanın maraqlarına hansı təhlükələr törətdiyini açıqlaya bilmirlər. 

Bununla əlaqədar, elə təəssürat yaranır ki, yalançı mütəxəssislərdən ibarət bəzi qüvvələr Azərbaycan və Rusiya arasındakı dostluğa xələl gətirməyə çalışırlar. 

Bundan başqa, "Azərbaycan TANAP vasitəsilə Rusiyaya zərər verir” uydurmaları ilə onlar erməni maraqlarını dəstəkləyir. Məhz Yerevan aqressiv münasibətləri səbəbindən regiondakı layihələrdən kənarda qalıb və buna görə erməni ekspertlər bu tip layihələrə çəpəki yanaşır. 

TANAP Rusiyanın cənub istiqamətindəki qaz layihəsinə ciddi rəqib hesab edilmir. 

- TANAP nədir?

- TANAP Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissəsidir və Azərbaycan qazının Avropaya çatdırılmasını nəzərdə tutub. Layihə dörd mərhələdən ibarətdir – "Şahdəniz” yatağının ikinci fazasının işlənməsi, Cənubi Qazqaz boru kəmərinin genişləndirilməsi, TANAP-ın və TAP-ın tikintisi. 

İlk mərhələdə "Şahdəniz”dən bu boru kəməri vasitəsilə altı milyard kub metr qaz Türkiyəyə, 10 milyard kub metr Avropa ölkələrinə göndəriləcək. 

Bundan başqa, qeyd etmək istərdim ki, Rusiyanın "LUKOIL” şirkəti bu layihənin 10 faizinin sahibidir. 

Bütün bunları nəzərə alaraq, Rusiya "maraqlarını” müdafiə edən həmin ekspertlərə xatırlatmaq istərdim ki, hətta Rusiya prezidenti Vladimir Putin öz açıqlamalarında heç vaxt Cənubi Qafqaz Dəhlizi layihəsinə qarşı əks fikir səsləndirməyib. 

O, başqa məsələdən danışır. Bununla yanaşı, Almaniya kansleri Angela Merkellə Soçidə keçirdiyi görüş zamanı rus lider bildirib ki, Avropa Birliyi ölkələrində hasilatın düşməsi və AB ölkələrində tələbatın artması ilə əlaqədar rus qazına tələbat artır. 

- Daha dəqiq desək, kimlər bu layihəyə qarşıdır?

- Bu, Ermənistan üçün sərfəlidir. Moskva və Bakının yaxşı münasibətləri, eləcə də, Moskva və Ankara arasındakı əlaqələr məhz onu razı salmır. 

Ermənistanda yaxşı başa düşürlər ki, "Akkuyu” AES-in tikintisi artıq başlayıb, Türkiyə Rusiyadan S-400 zenit-raket sistemləri alıb, milyonlarla rus turist istirahət üçün Türkiyə kurortlarını seçib, Ankara və Moskvanın yaxınlaşması üçün çoxlu addımlar atılıb. 

Ancaq bəzən ermənilər Rusiyanın regiondakı maraqlarını qurban verməklə də olsa, öz əməllərindən çəkinmirlər.  

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol