• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlikdən şadlıq saraylarına - Xəbərdarlıq

Nazirlikdən şadlıq saraylarına - Xəbərdarlıq
25.11.2014 15:22
İqtisadiyyat və Sənaye Nazirliyi ölkədəki şadlıq saraylarına xəbərdarlıq məktubu göndərib.ANN.Az Trend-ə istinadən xəbər verir ki, bu haqda məlumatı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti vəİstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahidİsayev verib. Xidmət rəisi bildirib ki, xəbərdarlıq məktubu ölkə ərazisində fəaliyyət göstərən 578, o cümlədən Bakı şəhəri üzrə 235, digər şəhər və rayonlar üzrə 343 şadlıq sarayının rəhbərlərinə göndərilib.Xəbərdarlıq “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” və “Haqsız rəqabət haqqında” qanunlar, “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları” ilə istehlakçı hüquqları, kartel razılaşmaları və bu sahədə digər qanun pozuntularına qarşı müəyyən olunmuş və həmin qanunvericilik aktlarının pozulmasına görə İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş məsuliyyət tədbirləri barədədir.Z.İsayev deyib ki, Məhərrəm ayı başa çatdıqdan sonra Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən toy mərasimlərinin təşkili zamanı qüvvədə olan qanunvericilik aktlarının tələblərinə əməl olunması, o cümlədən istehlakçıların seçim sərbəstliyinin təmin olunması vəziyyətinə nəzarət tədbirləri, habelə istehlakçıların və sahibkarlıq subyektlərinin maarifləndirilməsi istiqamətində əlavə tədbirlər həyata keçiriləcək.Xidmət rəisi qeyd edib ki, Bakıda fəaliyyət göstərən 100-dən artıq şadlıq evinin rəhbərləri və səlahiyyətli nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Görüş zamanı istehlakçıların qanunvericiliklə müəyyən edilmiş hüquqları, bu hüquqların təmin edilməsində sahibkarlıq subyektlərinin vəzifələri, qanunvericiliyin pozulmasına görə müəyyən edilmiş məsuliyyət tədbirləri bir daha iştirakçıların nəzərinə çatdırılıb, bu işlərin təşkili ilə bağlı görüş iştirakçılarının fikirləri dinlənilib, mövcud problemlərin təxirə salınmadan aradan qaldırılması yolları müzakirə edilib.Bununla yanaşı, “Müxtəlif məclislər (toy, ad, günü və s.) keçirmək istəyənlərin nəzərinə” adlı maarifləndirici məlumatın elektron poçt vasitəsi ilə 550 mindən artıq ünvana göndərilməsinə başlanılıb.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol