• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank Mobile Azərbaycanın ən yaxşı mobil əlavəsi seçilib

Unibank Mobile Azərbaycanın ən yaxşı mobil əlavəsi seçilib
11.06.2018 15:18
Unibankın mobil bank əlavəsi 2018-ci ilin mobil əlavəsi seçilib. Unibank Mobile səsvermənin və münsiflərin dəyərləndirməsində yüksək göstərici əldə edərək, ən yaxşı mobil əlavə kimi NETTY2018 Azərbaycanın Milli internet mükafatını alıb.

Unibankın mobil əlavəsi əhalinin ən çox məlumatlı olduğu və yüklənən mobil bank əlavəsidir. "Business Insight International Research Group” tərəfindən mart-aprel aylarında mindən çox respondent arasında keçirilən sorğuya əsasən, ölkə banklarının mobil əlavələri içərisində Unibank Mobile istifadə səviyyəsinə görə 1-ci yerdədir.

Xatırladaq ki, Unibank Mobile son illərdə beynəlxalq monitorinq şirkətləri tərəfindən də MDB-nin ən mükəmməl mobil tətbiqlərindən hesab edirlərək, Azərbaycanın ən yaxşı mobil bank əlavəsi seçilib. 2017-ci ildə nüfuzlu "Markswebb” agentliyi MDB banklarının "Mobile banking” xidmətləri üzrə hazırladığı reytinqdə Azərbaycanın ən yaxşı mobil bankı olaraq "Unibank” KB-nı seçilib. Unibank Mobile 2016-cı il üçün də MDB məkanında ən yaxşı mobil əlavələrdən biri hesab olunub. "Deloitte & Touche LLC” şirkətinin araşdırması nəticəsində, Azərbaycan bank sistemində ən qabaqcıl mobil bankinq xidmətinin, məhz Unibank Mobile olduğu açıqlanıb.

Unibank Mobile istifadəçilərinin sayı hazırda 150.000-i keçib. Unibank Mobile, Unibank müştərisinin əksər bank məhsul və xidmətlərindən öz telefonunda istifadə etmək imkanının yaradılmasını məqsəd qoyub. Qoşulması çox asan olan Unibank Mobile, bankın müştərisini təhlükəsiz, sürətli və rahat bank xidmətləri ilə təmin edir.

İndi ölkədə fəaliyyət göstərən istənilən bankın kartına sahib olan şəxslər Unibank Mobile əlavəsi ilə bank xidmətlərindən faydalana bilirlər. Sizin əmək haqqı kartınız Unibankda deyil, başqa bankda olsa belə, bank xidmətlərindən elə olduğunuz yerdə, öz telefonunuzda istifadə edə bilərsiniz. Bunun üçün sadəcə telefonunuza Unibank Mobile mobil əlavəsini yükləməyiniz və maaş kartınızı ora əlavə etməyiniz kifayətdir. Mobil əlavənin "digər bankın kartını əlavə etmək” bölümünə digər bank kartınızı (əmək haqqı, kredit və ya debet kartınızı) daxil edin, 24/7 bank xidmətlərindən faydalanın!

Unibank Mobile İOS və Android platformalarında işləyir. Öz smartfonunuza və planşetinizə Unibankın mobil bank xidmətini bu linkindən http://onelink.to/ffdbwf yükləyə bilərsiniz. Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank Mobile- bankdan daha yaxın!

Unibank-hər kəsin bankı!

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol