• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell Böyük Britaniya səfirliyinin təşkil etdiyi tədbirlərə dəstək göstərdi

Bakcell Böyük Britaniya səfirliyinin təşkil etdiyi tədbirlərə dəstək göstərdi
11.06.2018 17:49
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi olan Bakcell şirkəti Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin ənənəvi olaraq hər il keçirdiyi iki böyük tədbirə dəstək göstərdi.

Belə ki, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi ilə uzunmüddətli əməkdaşlığı çərçivəsində Bakcell şirkəti "Xəzər Neft və Qaz” sərgi və konfransının 25-ci ildönümü münasibətilə Böyük Britaniya Səfirliyi və ABŞ Səfirliyinin birgə təşkil etdiyi təntənəli qəbul mərasiminin sponsorlarından biri olub.

İyun ayının 7-də isə şirkət Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetin doğum günü münasibətilə təşkil edilmiş təntənəli qəbulun keçirilməsinə dəstək göstərib. Ziyafətdə Azərbaycanın və Böyük Britaniyanın dövlət məmurları, yerli və beynəlxalq şirkət və təşkilatlarının nümayəndələri iştirak edib.

Qeyd edək ki, Bakcell şirkəti uzun illərdir ki Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi ilə əməkdaşlıq edir və bu əməkdaşlıq sayəsində səfirliyin təşkil etdiyi bir sıra tədbirlərə sponsorluq etməklə yanaşı, "British Council” ilə birgə müxtəlif Korporativ Sosial Məsuliyyət layihələrini uğurla həyata keçirib.

Artıq 20 ildən çoxdur ki Azərbaycanda fəaliyyət göstərən Bakcell şirkəti hazırda müxtəlif sahələri təmsil edən 1800-dən artıq korporativ müştəriyə xidmət edir. Bakcell neft sənayesi daxil olmaqla ölkə iqtisadiyyatının bir çox sektoru üzrə ən böyük korporativ telekommunikasiya xidmətlərinin təminatçısıdır. Şirkət Azərbaycanda fəaliyyət göstərən neft-qaz şirkətlərini ən yüksək keyfiyyətli telekommunikasiya həlləri ilə təmin edir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol