• $
  • €
  • ₽
  • ₺
  • £

“Azəriqaz”dan əhaliyə “sürpriz"

“Azəriqaz”dan əhaliyə “sürpriz"
13.06.2018 11:14
"Azəriqaz” İstehsalat Birliyi ölkəyə Fransa istehsalı olan yeni qaz sayğacları gətirib. Yeni sayğacların bir neçə aydan sonra real tətbiqinə başlanılacaq.

Bununla bağlı Axar.az-a açıqlama verən "Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev bildirib ki, yeni sayğaclar vasitəsilə vətəndaşların ödəniş imkanları daha da rahatlaşacaq.

"Köhnə kartların çip-set hissələri var ki, abonent tərəfindən müəyyən zədələnmələr, əzilmə halları olurdu. Belə olduğu zaman abonent qazı sayğaca yükləyə bilmədiyi üçün qazsız qalırdı. Problemi həll edənə qədər müəyyən vaxt gedirdi. Yeni kartlarda isə bütün bunlar nəzərə alınıb.

Yeni kartlarda çip hissəsi yoxdur. Yükləmə üçün abonent kartı sayğaca salmaq məcburiyyətində deyil. Abonent kartı sayğaca yaxınlaşdırmaqla ödənişini daha rahat şəkildə edə biləcək. Gecə vaxtı sayğacda yükləmə və ya hər hansısa iş aparmaq müəyyən çətinliklər törədirdi. İndi isə yeni sayğacda ekranda işıq sistemi yaradılıb ki, qaranlıq olduğu zaman sayğacın öz işığını yandırmaqla iş aparmaq olur”.

İ.Kərbalayev onu da qeyd edib ki, yeni sayğaclarda ən önəmli məqam isə telefon vasitəsilə də ödəniş edilmə imkanıdır. Bunun üçün abonent sadəcə telefonuna xüsusi proqram yükləməlidir:

"Xüsusi e-mail vasitəsilə qeydiyyat alaraq telefon vasitəsilə kartsız telefonu sayğaca yaxınlaşdırmaqla ödəniş etmək mümkün olacaq. Bunun üçün abonent telefonuna xüsusi proqramı yükləyəcək, həmin proqram vasitəsilə balansını istədiyi qədər artırmaqla yükləmə edə biləcək”.

Qeyd edək ki, artıq Bakının müxtəlif rayonlarında 30-a yaxın yerdə test üçün yeni sayğaclardan quraşdırılıb və sınaqlardan uğurla keçib. İkinci sınaq dövründə birinci sınaq dövründə yaranmış müəyyən problemlər həll edilib. Yaxın aylarda 70 sayğacın da sınaq müddəti bitəcək. İkinci sınaq müddəti də bitdikdən sonra yeni sayğacların tam istifadəsinə başlanılacaq.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol