Devalvasiya gözlənilir? - Baş bankir AÇIQLADI

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov növbəti devalvasiya ilə bağlı yayılan söz-söhbətlərə aydınlıq gətirib.
Milli.Az xəbər verir ki, Rüstəmov bunun şayiədən başqa bir şey olmadığını bildirib:
"Devalvasiya ilə bağlı şayiələr yayıldı, aprel, may ayında... Amma gördünüz ki, heç nə baş vermədi. Çünki heç bir fundamental amil yoxdur. Ölkənin valyuta ehtiyatları tələb-təklifdə 2 milyard təklifin xeyrinədir. Belə olduğu bir şəraitdə ölkədə devalvasiyadan danışmaq olmaz".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























