• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik Baş prokurorluğa müraciət etdi

Nazirlik Baş prokurorluğa müraciət etdi
24.11.2014 18:45
Aşkar edilmiş qanun pozuntularına dair materiallar Baş Prokurorluğa təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının Daxili nəzarət şöbəsi tərəfindən Bakının Xətai rayon Məşğulluq Mərkəzinin və  Şabran rayon Əhalinin sosial müdafiəsi mərkəzinin 2010-2013-cü illər ərzindəki fəaliyyətinin araşdırılması zamanı bir sıra qanun pozuntularına yol verildiyi aşkar edilib.ANN.Az “APA-Economics”ə istinadən məlumat verir ki, bu haqda məlumat Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilib. Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Xətai rayon Məşğulluq Mərkəzinin əməkdaşlarının funksional vəzifələrinin icrası vəziyyətinin araşdırılması nəticəsində işsizlik müavinətlərinin təyinatı zamanı 88 halda qanunsuz olaraq 1 37852,95 manat məbləğində dövlət vəsaitinin ödənildiyi müəyyən olunub. Habelə  Şabran rayon Əhalinin sosial müdafiəsi mərkəzində aparılan araşdırmalar nəticəsində mərkəz tərəfindən 32 sosial müavinət işi üzrə 50 881,8 manat və 36 ədəd ünvanlı sosial yardım işi üzrə 43 005,1 manat, ümumilikdə 93 886,9 manat (bundan 44 642 manatının araşdırma dövründə büdcəyə bərpası təmin olunub) artıq ödəmənin aparıldığı aşkar edilib.Hər iki hal üzrə müvafiq vəzifəli şəxslər ilkin olaraq tutduqları vəzifədən azad olunmaqla, araşdırmaların nəticələrinə dair müvafiq materiallar hüquqi qiymət verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edilib.ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol