• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycandan Türkiyəyə gedən yol iki dəfə qısalır

Azərbaycandan Türkiyəyə gedən yol iki dəfə qısalır
15.06.2018 16:20
"Qırmızı Körpü" Sərhəd Keçid Məntəqəsindən (Gürcüstan – Azərbaycan sərhədindən) "Sarpi" Sərhəd Keçid Məntəqəsinə (Gürcüstan — Türkiyə sərhədi) qədər olan yol dörd saata qədər qısalacaq. Sputnik Gürcüstan xəbər verir ki, bunu Gürcüstan Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departmentinin rəhbəri İrakliy Karseladze bildirib.

O, diplomatik korpusun nümayəndələrini planlaşdırılan genişmiqyaslı infrastruktur layihələri ilə tanış edib: "Dəhlizin tam uzunluğu qısalacaq, hərəkət müddəti azalacaq. Əgər "Qırmızı Körpü"dən "Sarpi"yə getmək üçün 7-8 saat lazım idisə, işlərin bitməsindən sonra bu, 4-4,5-a qədər enəcək. Yolun bəzi yerlərində sürət həddi 80-100%, yəni iki dəfə artacaq".

Karseladzenin sözlərinə görə, yaxın gələcəkdə nazirlik Qərbi Gürcüstanla Şərqi Gürcüstanı birləşdirən Rikotsk dərəsində tikinti işləri üçün tender elan etməyi planlaşdırır. Həmçinin Mtsxeta – Stepançminda – Lars beynəxlalq avtomagistralının bir hissəsi olacaq Kveşeti – Kobi yolunda dəyişikliklər planlaşdırılır.

"Rikotsk dərəsində 50 kilometrdən artıq yolun tikintisi nəzərdə tutulur ki, yolun üzərində 96 körpü və 53 tunel olacaq. Kveçeti – Kobi yolunun uzunluğu 22,7 kilometr olacaq ki, burada 6 körpü və 5 tunel olacaq. Bu tunellərdən biri Gürcüstanın ən böyük tuneli (9 kilometr) olacaq. Bu layihələrin həyata keçirilməsi üçün ümumilikdə iki milyard dollara yaxın vəsait xərclənəcək" — deyə Departament rəhbəri vurğulayıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol