• $
  • €
  • ₽
  • ₺
  • £

AccessBank-ın beynəlxalq əlaqələri UNEC tələbələri tərəfindən maraqla qarşılanıb

AccessBank-ın beynəlxalq əlaqələri UNEC tələbələri tərəfindən maraqla qarşılanıb
20.06.2018 16:22
AccessBank-ın dəstəyi ilə reallaşdırılan "UNEC Conversation Club" layihəsi uğurla davam etdirilir. Tələbələrə ingilis dilinin biznes istiqamətinin tədrisini nəzərdə tutan layihə çərçivəsində AccessBank-ın Beynəlxalq əlaqələr departamentinin direktoru Fəridə Pirverdiyeva "UNEC Conversation Club" iştirakçılarına öz sahəsinə dair bankda gedən proseslərdən danışıb və onların suallarını cavablandırıb.

Departament direktoru AccessBank ilə beynəlxalq maliyyə institutları, reytinq təşkilatları ilə əməkdaşlıqdan danışıb. "Digər sahələr kimi, beynəlxalq əlaqələr də bankımız üçün olduqca mühümdür. Bilirsiniz ki, AccessBank 100% xarici kapitallı bankdır və bu baxımdan beynəlxalq əlaqələr departamentinin işi həcmini təsəvvür etmək çətin deyil. İldən-ilə biz beynəlxalq münasibətlərimizi genişləndiririk, xarici tərəfdaşlarımızın sayını artırırq. Təbii ki, bunun kökündə AccessBank-ın etibarlı, Avropa standartlarına uyğun fəaliyyət göstərən bank olmasıdır. Digər tərəfdən, sözsüz ki, beynəlxalq tərəfdaşlarımızın sayının artması AccessBank-a da çox böyük fayda verir, imicimizə müsbət təsir edir", - deyə F. Pirverdiyeva qeyd edib.

Bankların beynəlxalq əlaqələrinin qurulması və inkişaf etdirilməsi tələbələr tərəfindən maraqla qarşılanıb. Layihə iştirakçıları keçirilən görüşdən yeni biliklər əldə etdiklərini bildirdilər. Bununla yanaşı, UNEC tələbələri bu mövzuda daha bir seminarın təşkil olunmasını təklif etdilər.
 
Qeyd edək ki, AccessBank-ın dəstəyi ilə start götürən "UNEC Business Conversation Club" layihəsi çərçivəsində tələbələr ingilis dilinin biznes istiqamətini öyrənir. Seminarı müvəffəqiyyətlə bitirən tələbələr bank tərəfindən mükafatlandırılacaq.
 





www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol