• $
  • €
  • ₽
  • ₺
  • £

Potensial riskləri və əlavə xərcləri Bank Respublika ilə minimuma endirin

Potensial riskləri və əlavə xərcləri Bank Respublika ilə minimuma endirin
21.06.2018 12:45
Mövcud iqtisadi şəraitdə kommersiya risklərinin azaldılması və hesablaşmaların güvənliyi korporativ müştərilər üçün aktual mövzudur.
 
Şirkətlər tərəfindən bu məhsula göstərilən maraq və bu sahədə aparılan əməliyyatların sabit artan dinamikası müasir hesablaşma formalarına keçid tendensiyasını təsdiqləyir.

Ötən ilin analoji dövrü ilə müqayisədə 2018-ci ilin 1-ci rübündə "Bank Respublika”nın sənədli əməliyyatlar üzrə portfeli 2 dəfə, əməliyyatların sayı isə 3 dəfə artmışdır.

Bank Respublika öz müştərilərinin xarici iqtisadi müqavilələrinə xidmət göstərmək sahəsində zəngin təcrübəyə malikdir. Azərbaycanın ən sabit banklarından biri kimi Bank Respublika nüfuzlu xarici partnyor-bankları ilə müştərək müştərilərə aşağıdakı sahələr üzrə sənədli əməliyyatlar üzrə əməkdaşlıq təklif edir:

* bank zəmanətlərinin bütün növləri

* sənədli akkreditivlər

* rezerv (stand-by) akkreditivləri

* sənədli inkasso

Beynəlxalq ticarətin Bank Respublikada maliyyələşdirilməsinin üstünlükləri:

* Bank Respublikanın partnyorları olan birinci dərəcəli xarici bankların təsdiqnaməsindən istifadə imkanı

* Ticarətin maliyyələşdirməsinin qiyməti orta hesabla ənənəvi kreditləşmədən çox ucuz başa gəlir.

* Çərçivə razılaşmasına əsasən bank zəmanətlərinin bir neçə dəfə verilməsi imkanı

* Əməkdaşlıq və xidmətin göstərilməsi üzrə şərtlər müəyyən edilən zaman individual yanaşma

* Ticarətin maliyyələşdirilməsi və əməliyyatların aparılması məsələləri üzrə müştərilərə pulsuz məlumat məsləhət dəstəyi verilir.

* Bank zəmanəti olduqda Müştəri (Alıcı) avans ödəmir, beləliklə də o, öz maliyyə vəsaitlərini daha effektiv istifadə edə bilər.

«Sənədli əməliyyatların aparılması üzrə illər ərzindəqurulmuş texnologiya Bank Respublika tərəfindən akkreditivləri ən qısa müddətdə açmaq imkanı verir. Ölkə üzrə xidmət göstərən geniş filial şəbəkəsi sayəsində isə hesablaşmaların bir çoxu vahid maliyyə strukturu daxilində həyata keçirilir. Bunun hesbına razılaşma üzrə ümumi xərclər azalır, əməliyyatlar isə daha oprativ yerinə yetirilir. Bir qayda olaraq, akkreditivi ilk dəfə tətbiq edən müştəri gələcəkdə də bu hesablaşma formasına üstünlük verir », - deyə bankın Korporativ Satışlar Departamentinin rəhbəri Sadiq İbadov qeyd edib.

Daha ətraflı məlumatı bankın rəsmi saytı və facebook səhifəsindən əladə etmək olar.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol