• $
  • €
  • ₽
  • ₺
  • £

“Şahdəniz-2” layihəsi çərçivəsində Gürcüstanda yeni nəqliyyat terminalı açılıb

“Şahdəniz-2” layihəsi çərçivəsində Gürcüstanda yeni nəqliyyat terminalı açılıb
23.11.2014 15:02

Noyabrın 22-də Potidə "Şahdəniz-2" layihəsi çərçivəsində yeni nəqliyyat terminalının təntənəli açılışı olub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Gürcüstanın baş naziri İrakli Qaribaşvili və digər rəsmi şəxslər çıxış ediblər.

 

Mərasimə hökumət və diplomatik korpus nümayəndələri qatılıblar.

 

 

İ. Qaribaşvili çıxışında "Şagdəniz-2" layihəsi çərçivəsində açıqlan nəqliyyat terminalının Azərbaycan və Gürcüstan vasitəsilə Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi üçün lazım olan boruların və digər avadanlıqların daşınmasını təmin edəcəyini bildirib.

 

Baş nazir "Şahdəniz-2" layihəsinin əhəmiyyətini də qeyd edib: "Bu layihə Azərbaycan və Gürcüstanın geosiyasi mövqeyini gücləndirəcək ən çətin və mürəkkəb enerji layihələrindən biridir. Layihəyə Avropanın yeni və alternativ cənub dəhlizi kimi baxılır. İndi Gürcüstanda sağlam və azad biznesin inkişafını təmin edən mühit var, loqistik və nəqliyyat şirkətlərinin keyfiyyətli işləməsi üçün əlverişli şərait yaradılıb. Gürcüstan hökuməti bütün maraqlı tərəflərlə əməkdaşlıq etməyə hazırdır”.

 

Qeyd edək ki, nəqliyyat terminalında 100 yeni iş yeri açılacaq və obyektin anbar infrastrukturu 4 hektar sahəni əhatə edəcək.

 

"Şahdəniz- 2" layihə çərçivəsində qaz hasilatı 2018-ci ilə planlaşdırılır. Qazın Türkiyəyə çatdırılması 2018-ci ildə, Avropa bazarına nəqli isə 2019-cu ildə nəzərdə tutulur. "Şahdəniz-2" layihəsinin ümumi dəyəri 28 mlrd. dollar təşkil edəcək

APA

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol