• $
  • €
  • ₽
  • ₺
  • £

İçəri şəhərdə gənc rəssamlar üçün incəsənət müsabiqəsi

İçəri şəhərdə gənc rəssamlar üçün incəsənət müsabiqəsi
21.06.2018 18:48
Azercell "Yaşa Azərbaycanım” Filateliya və uşaq rəsm sərgisinə dəstək oldu

Korporativ sosial məsuliyyət siyasətində uşaqlara qayğı və diqqətə böyük önəm verən Azercell Telekom bu dəfə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirliyi, Azermarka, içərişəhərin təşkilatçılığı ilə "Yaşa Azərbaycanım” adlı Filateliya və uşaq rəsm sərgisinə öz töhfəsini verib.

Məlumat üçün bildirək ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan 5-14 yaşlı uşaqlar arasında keçirilən "Yaşa Azərbaycanım” adlı rəsm müsabiqəsinə ümumilikdə 93 rəsm əsəri təqdim olunub. Onların arasında vətənpərvərlik mövzusunda rəsmlər çoxluq təşkil edib. "Yaşa, Azərbaycanım!” adı altında müsabiqənin keçirilməsində başlıca məqsəd uşaqlarda vətənpərvərlik və vətənə məhəbbət, milli tariximizə bağlılıq hissinin aşılanması, milli adət-ənənələrin təbliği və onların yaradıcılıq potensialını üzə çıxarmaqdan ibarətdir.

"Zəncirli mülk” sərgi qaleriyasında baş tutan sərgidə fərqlənən 12 nəfər iştirakçıya Azercell Telekom tərəfindən xüsusi hədiyyələr təqdim edilib. Hədiyyələri Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə təqdim edib.

Qeyd edək ki, Azercell şirkətinin Korporativ Sosial tədbirlərinin əksər qismi uşaqların gələcək inkişafına yönəlik layihələrdi. Uşaq hüquqlarının qorunması, müdafiəsi ilə bağlı həyata keçirdiyi layihələri ilə hər zaman seçilən şirkət bu istiqamətdə fəaliyyətini davam etdirəcək.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol