• $
  • €
  • ₽
  • ₺
  • £

«A'Startup 2018» sammitinə startapların qeydiyyatı başladı!

«A'Startup 2018» sammitinə startapların qeydiyyatı başladı!
29.05.2020 07:26
Azərbaycanda A’Startap Sammiti «Azercell Telekom»un "Barama” mərkəzinin dəstəyi ilə keçirilir.

Ölkəmizdə sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə "Azercell Telekom” MMC tərəfindən yaradılan Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi daha bir layihə həyata keçirməyi planlaşdırır. Belə ki, mərkəz "Aforyouth” təşkilatı ilə birlikdə Azercell və "PAŞA Bank”ın baş sponsorluğu ilə 18-20 iyul tarixlərində Bakıda "A’Startap Sammiti 2018” və intensiv seminar keçirəcək. 3 günlük tədbir sahibkarların, gənc liderlərin biznes və yaradıcılıq bacarıqlarının artırılmasına dəstək məqsədilə təşkil olunur. Tədbirin ilk günü işgüzar əlaqələrin qurulmasına həsr olunacaq: beynəlxalq arenaya çıxmağa can atan 45 yerli sahibkar bir-birini tanımaq və gələcək potensial tərəfdaşlarla əlaqələr qurmaq imkanı əldə edəcək. Komandanın formalaşmasından sonra müxtəlif biznes metodlarından istifadə edərək problemin müəyyənləşdirilməsi həyata keçiriləcək. Sammitin ikinci günü gənc startapları narahat edən problemlərin müzakirəsinə və onların həlli istiqamətində müəyyən tövsiyyələrin verilməsinə həsr olunacaq. Tədbirin sonuncu günü isə Azərbaycanın biznes icması üçün açıq gün olacaq və iştirakçılar son iki gündə formalaşdırdıqları startap ideyalarını müvafiq şirkətlərə təqdim edəcəklər. "A’Startup Summit 2018” tədbirində iştirak etmək üçün http://summit.aforyouth.com/ səhifəsinə daxil olmaq lazımdır. Yerlərin sayı məhduddur.

Qeyd edək ki, Azərbaycanda yaradılmış ilk İnkubasiya mərkəzi olan Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi zəngin təcrübə, peşəkar mentorlarla əlaqələr və nüfuzlu əməkdaşların dəstəyinə malik olması ilə fərqlənir. Barama İT layihələri, Bulud Hesablamalar (Cloud Computing) və Biznes Həlləri, Oyunlar, IOT, Fintech, Kənd Təsərrüfatında İnnovativ Həllər, Virtual Reallıq, İnkişaf Etmiş Reallıq və Süni İntellekti dəstəkləyir. Mərkəz Azərbaycanda bir sıra yüksək səviyyəli beynəlxalq yarışların təşkilatçısıdır, startapların öz bizneslərini qurmasına, innovativ xidmətlər göstərməsinə və yeni müştərilər əldə etməsinə kömək göstərir.

"Aforyouth” - tələbələrə və gənc mütəxəssislərə öz ideyalarını inkişaf etdirməyə və təkmilləşdirməyə kömək edən yerli gənclər təşkilatıdır. Təşkilat bu gəncləri istiqamətləndirməklə yanaşı, onlara ölkədən kənarda eyni zamanda həm təhsil almaq, həm də işləmək imkanı yaradır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol