• $
  • €
  • ₽
  • ₺
  • £

İran gömrüyündə azərbaycanlıya qarşı tərbiyəsizlik – Şikayət

İran gömrüyündə azərbaycanlıya qarşı tərbiyəsizlik – Şikayət
28.06.2018 14:29
İran gömrüyündə mənə və ailə üzvlərimə qarşı edilən haqsızlıq səbəbi ilə Azərbaycan Xarici İşlər Nazirliyinə və İran səfirliyinə etdiyim müraciətlərə hələ heç bir cavab verilməyib.

Bu sözləri Axar.az-a Astara gömrük-keçid məntəqəsində İran gömrükçülərinin futbola baxdıqları üçün Azərbaycan vətəndaşlarının yoxlanışını gecikdirib, saatlarla gözlətməsinə etirazını bildirdiyi üçün təzyiqlərlə üzləşən və nəticədə İrana girişinə qadağa qoyulan Cəmaləddin Əlizadə bildirib.

Şikayətçi bildirib ki, Masallı rayonunda yaşasa da, XİN-ə və İran səfirliyinə məktub göndərmək üçün Bakıya gəlib:

"Problemin həllini tapması üçün davamlı müraciət etmək fikrim var. Bu işdə ən yuxarı instansiya İran səfirliyidir. Bu problemi ancaq İran səfirliyi araşdıra və həll edə bilər”.

C.Əlizadə bildirib ki, məsələ araşdırılsa və İran gömrük məntəqəsindəki müşahidə kameralarına baxsalar, problem aydınlaşar:

"Müşahidə kameralarına baxsalar, mənim gömrük işçisinə qarşı heç bir kobud rəftar etmədiyim aydın olar. Orada mənimlə bərabər gözləyən yüzlərlə vətəndaş var idi. Buna baxmayaraq, gömrükçülər vətəndaşları qəbul etmək əvəzinə futbol izləyir, vətəndaşlara fikir vermirdilər”.

Qeyd edək ki, Masallı rayonu Miyankü kənd tam orta məktəbinin müəllimi Cəmaləddin Əlizadə İranın Astara gömrük-keçid məntəqəsində ona və ailəsinə qarşı edilmiş biabırçı hadisə haqda məlumat paylaşıb. O bildirib ki, İran gömrük işçiləri futbola baxdıqları üçün Azərbaycan vətəndaşlarını "sistemdə problem var” bəhanəsi ilə yoxlamırmış. Sonra o, işçilərə vətəndaşlara qarşı hörmətsizlik etdiklərini, növbədə xeyli adamın saatlarla gözlədiyini deyəndə onun üstünə hücum çəkiblər və oğlu ilə onun pasportlarını alıb yerə çırpıblar. Sonra isə onlara deportasiya edildiklərini deyiblər.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol