• $
  • €
  • ₽
  • ₺
  • £

“Halliburton” şirkətinin mütəxəssisləri Bakı Ali Neft Məktəbində

“Halliburton” şirkətinin mütəxəssisləri Bakı Ali Neft Məktəbində
21.11.2014 11:17
"Halliburton" şirkətinin Qərbi Xəzər regionu üzrə meneceri Rəndi Gilçrist rəhbərlik etdiyi nümayəndə heyəti ilə Bakı Ali Neft Məktəbində olub və Ali Məktəbin rəhbərliyi, professor-müəllim və tələbə heyəti ilə görüş keçirib.Qonağları salamlayan BANM-in rektoru Elmar Qasımov, Azərbaycanın ən görkəmli alimlərinin xarici şirkətlərdə çalışaraq Azərbaycanı yüksək səviyyədə təmsil etdiyini , onların nəinki istehsalatda fəaliyyət göstərməklə, həmçinin elmi fəaliyyətlə məşğul olaraq, ölkədə gənc mühəndislərini yetişməsi üçün tədris prosesinə cəlb olunmasının vacibliyini vurğulayıb və "Halliburton" şirkəti ilə əməkdaşlıq çərçivəsində şirkətin mühəndislərini BANM-də elmi fəaliyyətə başlamalarına və Ali Məktəbin tədris prosesinə qoşulmalarına dəvət edib. Bundan başqa rektor aprel ayından başlanılan ikitərəfli əməkdaşlığın gedişatından razılığını bildirərək, BANM-in seçilmiş tələbələrinin yay təcrübəsini “Halliburton” şirkətində keçmələrinin məhsuldar olduğunu qeyd etdi və onların şirkətdə ödənişlı təcrübə keçdiyi müddətdə nəinki fərdi şəxsiyyət kimi dünya görüşünün formalaşmasına, həmçinin mütəxəssis-menecer kimi yetişmələrinə, peşənin praktik və texniki tərəflərini və nizam-intizam qaydalarını dərindən qavramalarına töhfə verdi. “Halliburton” şirkətinin nümayəndələrinə, ölkə üzrə meneceri Rəndi Gilçrist, Qazımada biznesin inkişafı üzrə meneceri Səlahəddin Əyyubova, Maili qazma üzrə koordinator Teymur Əliyevə, Azərbaycan və Gürcüstanda biznesin inkişafı üzrə menecer Rəvan Rəvanova Bakı Ali Neft Məktəbinin yeni tikilən Qafqazın ən böyük kampusu haqqında ətraflı məlumat verildi və gələn tədris ilinin əvvəlində istifadəyə veriləcəyi bildirildi.Öz növbəsində "Halliburton" şirkətinin ölkə üzrə meneceri Rəndi Gilçrist nümayəndə heyətinin və öz adından BANM-in rəhbərliyinə uğurlu əməkdaşlığın həyata keçirilməsinə görə təşəkkür etdi və tələbələrin praktiki bilikləri ilə yanaşı nəzəri biliklərinin səviyyəsini daima yüksəltmək məqsədilə şirkətin mütəxəssislərini BANM-də tədris prosesinə cəlb olunmasına müsbət fikir bildirdi və bu istiqamətdə lazımi dəstək verəcəyini təsdiqlədi.Daha sonra BANM-in rəhbərliyi, professor-müəllim heyəti və "Halliburton" şirkətinin nümayəndə heyəti arasında tələbələrin şirkətdə növbəti təcrübəyə göndərilməsinə, əməkdaşlığın dərinləşməsinə, şirkətin mütəxəssislərinin yaxında BANM-in təlim-tədris sisteminə qoşulmalarına və “Haliburton” şirkətinin AliMəktəbdə çoxfunksional mərkəzinin yaradılmasına və «”Halliburton” günü» adlı tədbirin təşkil olunnmasına dair muzakirələr aparıldı.“Halliburton” şirkətinin nümayəndələri tərəfindən tələbələrin çoxsaylı sualları cavablandırıldı və onların arasında ən bacarıqlı tələbələrin növbəti təcrübədə iştirak etmələri üçün seçiləcəyini bildirildi.Tədbirin sonunda tərəflər görüşdən razılıq bildirdi və xatirə şəkili çəkildi.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol