• $
  • €
  • ₽
  • ₺
  • £

Yol qəzasına görə sığorta ödənişləri niyə gecikir?

Yol qəzasına görə sığorta ödənişləri niyə gecikir?
02.07.2018 13:45
Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin (Birlik) təşəbbüsü ilə Azərbaycan Respublikası Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (Agentlik) və İcbari Sığorta Bürosunun (İSB) üçtərəfli görüşü baş tutub.

Birlikdən Axar.az-a verilən məlumata görə, görüşdə ASA-nın sədri Mustafa Abbasbəyli, Agentliyin sədrinin müşaviri, Elektron Hökümət və Rəqəmsal İnnovasiyalar şöbəsinin müdiri Ceyhun Salmanov və İSB-nin İcraçı direktoru Rəşad Əhmədov iştirak edib.

Görüşün əsas müzakirə mövzusu avtonəqliyyat hadisələri zamanı Dövlət Yol Polisi tərəfindən verilən 4 saylı arayışın Agentlik tərəfindən təmin edilməsi olub. Birliyin sədri bildirib ki, yol-nəqliyyat hadisəsi zamanı 4 saylı arayışın verilməsinin gecikdirilməsi, bilavasitə, sığorta ödənişlərinin gecikməsinə səbəb olur:

"Bu isə sığortalıların sığortaya və sığorta şirkətlərinə olan inam və etimadın zəifləməsinə gətirib çıxarır".

Məsələnin sosial əhəmiyyətliliyini vurğulayan Birlik rəhbəri 4 saylı arayışın Agentlik tərəfindən təmin edilməsinin sığorta hadisələri hesab olunan hallar üzrə operativ qaydada sığorta ödənişlərinin verilməsi ilə nəticələnəcəyini və bununla da, sığorta bazarından məmnun müştərilərin sayını artıracağını qeyd edib. Bu məsələdə İSB-nın mövcud elektron sistem infrastrukturunun faydalı olacağı diqqətə çatdırılıb.

Bununla yanaşı, səfər sığortasının "Asan Visa" vasitəsilə elektron qaydada təmin edilməsi təklif edilib. Ölkəyə səfər sığortası olmadan səyahət edən və ölkədən gedən şəxslərin bu yolla səfər sığortasını asanlıqla əldə edə biləcəyi qeyd edilib. Eyni qaydada, səfər sığortasının səyahətdə olan şəxslərin gözlənilməz hadisələr zamanı onları kompensasiya etməsi, hətta ölüm hallarında belə repatriasiya xərclərini qarşılaması baxımından sosial yönümlü bir məhsul olduğunu nəzərə alınaraq, bu addımın ictimaiyyət üçün təşviqedici xarakter daşıdığı bildirilib.

Görüşün yekununda təklif edilən məsələlər üzrə İşçi qrupunun yaradılması və bu sahədə işlərin görülməsi nəzərdən keçirilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol